This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!
Showing posts with label Şeir. Show all posts
Showing posts with label Şeir. Show all posts

9.8.18

Murad Köhnəqalanın simpatik "düşmənçiliyi"!

Son günlərdə blogger Mehman Hüseynovun anasının vəfatı ilə bağlı gündəm materialları sosial şəbəkələrdə bəzi jurnalistlərin mövzu ehtiyaclarını tam təmin etdi. Demək olar ki, 24 saat ərzində bütün statuslarda Mehman Hüseynov var idi. Həmin gün, mən evdə olduğumdan azadlıq radiosunun canlı efirində yas mərasimini seyr edirdim.
Mehman Hüseynovun gəlişi, yaxınları ilə görüşməsi və üz mimikası, onu heç də yasa gələn, və hətta anasının yasına gələn insan kimi göstərmirdi. Mehman Hüseynovun sifətində o qədər pozitivlik sezilirdi ki, Azərbaycan dilini anlamayan tamaşaçıda elə təəssürat yaranardı ki, Mehman ən doğma birinin toy məclisinə gəlib həpsxanadan. Hətta mən belə bir qənaətə gəldim ilk öncə.
Bir müddət aparıcı ilə danışdıqdan sonra (mövzunun nə olduğunu anlamadım, videonu təqdim edərəm) gülməyə başladı. Həm də hər hansısa bir yaxını ölmüş insanın yanında elə gülüş sadəcə tərbiyyəsizlik olardı. Söhbət isə burada öz doğma anası ölmüş bloggerin özünü aparmağından gedir.
Başa düşürük, bu millətin qəhrəmana ehtiyacı var. Taleh Bağırov, Yunis Səfərov, "Abubəkr " Abutalıbov kimi şəxslər necə ki, ayrı-ayrı qrup insanların qəhrəmanı oldu, Mehman da bəzi vətənkeşlərin hətta Muradın təbirincə desək, siyasitəkərqaraldanların qəhrəmanıdır. Bu qrupların müqəddəslərinə çevriliblər. Bunlara haqlı ya haqsız heçnə demək olmaz, etiraz etmək olmaz kimi təəssürat yaradırlar.
Doğrusu Mehman Hüseynovun fəaliyyətindən heç də məmnun deyildim. İçəriyə hansı maddələrnən atılmağını da bilmirəm. İzləyicisi deyiləm, fanatı deyiləm və düşüncəsinə qarşı da deyiləm.
Bunu deyə bilərəm ki, Mehman Hüseynovun anasının dəfnində sərgilədiyi davranış, yumşaq desək sadəcə utancvericidir.

Mən bu yazıda nümayiş etdiyim mögedən dəfələrcə mülayim, mədəni və həssas mövge bildirən gənc aydın, yazıçı Murad Köhnəqala niyə xalq düşməni elan edilsin ki?
Adam haqlı olaraq yazıb ki, ayə, qoyun! Ananın cənazəsinə gəlmisən. Vecinə deyil? Olmasın qardaş! Heç olmasa -"Camaat nə deyər, prinsipi ilə bir az kədərli sifət al.
Bundan gözəl ibarə? Buna sadəcə alqış etmək lazım idi.
Bizim millət küyə gedəndir. Məntiq işlətmirlər, beyin yormurlar. Kim nə deyir, baş üstə deyib arxasıycan gedirlər. Elə buna görə də biz , ölümə, işgəncəyə, zülmə və zorlanmaya məhkumuq.
Bizə bu da azdır.
Sizə sözügedən videonu təqdim edirəm!

9.7.16

Çağırış! (bəhri-təbil) Dini



Dininə sahib ol ey bəni-insan!
Tapacaqsan nicatı
Yaşayıb, dərk edəcəksən həyatı
Biləcəksən qədrini bu kainatın
Dadı Allahdan əmanət
Et ibadət.
Et itaət
O mübarək varlığa hər dəm.
Bir gün gələcək gözləri qəm.
Ki, gedirsən.
Tərk edirsən həyatı varü-yoxunla.
O ötə dünyayə sarı.
Bircə gün namaz qıl barı.
Ya da aç o müqqədəs quranı bir gün.
Dua et,
Bəlkə edə qəlbindən sürgün.
Şeytani hisslərini.
O arağ içdiyin dişlər,
nə deyərlər İnkirə insan?
Hesab sorulan zamanda
Əllərin nə söyləyər?
Gözlərin edərmi inkar?
Rumkanın cingiltisi
Edəcək qulaqların kar.
Dilə gəlməz ayağların.
Hər yerin, səndən uzağdı.
Ürəyin qaynar bulağdı
O əzabdan, əsarətdən,
Qorxular arxanda dağdı.
Atacaqsan addımını cəhənnəmin narına sarı.
Arxaya baxma deyərlər.
Gördüyün fani dəyərlər
Dadına yetə bilməz.
O masa qurduğun dostlar və tanışlar.
Sənə taylar, sənə tuşlar.
Çata bilməz köməyinə.
Çünki onlar da yanmışlar.
O odun başqa yönündə.
Hamısı sənin günündə.
Ümidi bəsləyəcəksən
haqqına girdiyin insanlara ki,
Onlarda "haram" deyərlər.
Arxanca söyüş söyərlər.
Nə qədər gec deyil, İnsan!
Gəl imanə.
Namazın qıl, niyazın et!
Gedəndə hüzuri-Allah.
Üzün ağ, alnın açıq get!
Əlhəmdülillah!

7.6.16

Tanrım



Bir ömür vermisən, öz ömrünə tən
Fərqlilik bir azca dahiliyindir.
Tənhasan, yalnızsan mənim kimi sən.
Onunla fəxr etmən aliliyindir.

Arada bir görün, gəl söhbət edək.
Bir adi kafedə sənlə tetatet
Gedək əyləncəyə, səyahət edək.
Fərqi yoxdur kino, opera balet.

Dost olmaq istərdim, ayrılmaz, daim.
Bölək ötədəki dünya görəvin.
Məni cəhənnəmə qəddar bir hakim
Üstələn cənnətdə sevda görəvin.

Nə var oturmusan görünməzlərdə?
Millətin dərdinə qaravul çəkək.
Salaq yolsuzluğa hündür bir pərdə
Orda asvalt tökək, ora yol çəkək.

Ya da dəniz göndərək biz Somaliyə
Orda susuz millət gör nələr çəkir.
Onların harayı ucalır göyə.
Bir dilim çörəyə nalələr çəkir.

Bir də Suriya var, itaətkarlar
Rənginə baxmadan, adam öldürür.
Deyirlər kitabda verilib qərar.
Terorla yanaşı cihad sürdürür.

Gəl birgə bunlara bir əncam çəkək
. Körpələr dənizdə boğulmasınlar.
Daim atəşkəsə sərəncam çəkək.
Savaşda, döyüşdə doğulmasınlar.
Gəl görün gözümə, varsansa əgər.
Yoxsansa eybi yox, təsəllim olsun.

Səninlə söhbətim hər şeyə dəyər.
O ötə dünyada hesab sorulsun.
Sənə şəkk gətirmək, deyil həddimə
Amma fikirlərim buraxmır rahat.
Axı dərdlərimi danışım kimə.
Sənin yaratdığındır külli kainat!

Yağış


Nə gözəl gecədir. Şükür İlahi
Yağış pəncərəmdən üzümə vurur
Təbiət möhtəşəm, təbiət Dahi.
Hər bir damlasından bir həyat uçur.
Uçur yağmurların gəldiyi yerə.
Onlara bəşərdən salam aparır.
Hamının müqəddəs bildiyi yerə
Ümman qədər sevda, məhəbbət saçır.
Hələ o çaxnaşan ildırıma bax.
Səmanı nur basır bir anlığına.
Ümid qığılcımı alovlanaraq
Şəfəq saçır qəlbin qaranlığına.

Tolışə şeir (Talışca şeir)




Həsrət kəşdəm bəlelə do livonro
Həmüşəmı təbiətı dəvonro
Sekertıro, həlimdorı, bəvonro.
Mıne bəçma di yad karde şinə di
Büküədə ömr dəvarde şinə di.
Jıqo karde ışta zıvon yod bekam.
Kiro botom, az korəro dard bıkəm
Dəçıma di dəqarde nünə lokəm
Jitımünim dətı marde şinə di
Bükuədəm ömr dəvarde şinə di
Kavüəkerı kavüə sığün, Kəmləkon
Çı Boğını hülə doon, ə məkon
İ rüj mıro harde jivon ebəkan
Şair bətı obəqarde şinə di
Fələk bə peş pebəqardə şinə di

27.3.16

AN(Kara)M
















Bu gün çılğın arzuların
O tənha ağacın dibinə gömüldüyü,
Ümidin isə səssiz küçələrin buz tutmuş tavanlarından asıldığı gündür.
Bu gün daha bir günəşin gənc və günahsız insanların matəmi ilə bağlı qap-qara bulud arxasına gömüldüyü
Səma narın gözyaşları ilə küçəyə səpilən səbəbsiz qanların yuduğu gündür.
Bu gün təbiət, qoynunda bəslədiyi bir sıra insanlardan utandığı,
Düşüncələrin cılızlaşmağı ilə maşaya çevrilən terorçu gənclərin lənətləndiyi gündür.
Bu gün, Allahın öz yaratdığları qarşısında aciz qaldığı
Qurban olduğları halda qurban edənlərin günüdür.
Bu gün "An" ların "qara"landığı gündür.
Daha bir Ankara günüdür.



13 Mart 2016

11.1.16

Bir gün qərq olacam bu qaranlıq gecələrdə.



Bir gün qərq olacam bu qaranlıq gecələrdə.
İsa Məsih kimi.
Bir gün açacam qəlbimdəki tilsimi,
Bir gün gedəcəm buludlara, səssiz, səmirsiz!
Bir ad qalacaq! Sadə bir ad!

Qopacaq arxamca, şüvənlər
Edəcək sevənlər fəryad!
Ey dad!
bu qəmli sevda,
bir sənət, şeir olacaq!
Düşüncələrdə.
Məzarıma güllər gələcək!
Tər qoxulu qərənfillər.
Səfillər,
Mollalar qonacaq,
pul kasasına,
sevdiklərimin...
Cənnət, cəhənnəm misalı
Mən olmayacam, bilməyəcəm
Nə olub bitdiyini.
Amma nə hala
Onsuz da cəfəngiyat.
Bu gün varam deyə yox sayılmaq,
deyilmi yoxam deyə var sayılmaq tək...

Bir bulud olacam,
Bəlkə bir milçək
Vızıltı gələndə hər cümə günü
Anam ruhdur deyə ağlayacaqdır.
Yuxulara gələcəm.
Bu gun yaxşı gördüm
Sevinib, dünənki işimə mənim
Sevgilim aynanın qabağında,
Gah məsum baxışlı yalvarışıyla, 
gah göz yaşıyla
Üsyan edəcək o günkü günə...

Bunlardan mənə nə,
Bir bayram axşamı,
Bir başqa şənlikdə,
Badəmlə deyilən o arzu, kamı
Dilə gətirəcək dost dediklərim.
Bu onun sözüydü, o söyləmişdi.
Kaş, burda olaydı yenə.
Bunlardan mənə nə?
Övladım rəsmimin önündə durub
Sorar anasına bu kimdir? - deyə

İzahat...

Boğuq və qırıq səsləri ilə
Qulaq cingildədəcək!
Səhər qara yaylığı atıb başına
Oğlumla gələcək məzar başıma
Anacaq bu günü
Gecələr yuxunun şirin çağından
Öpərək, sığalla oyadan əllərimi o.

Heç nə dəyişməz!
Əllər göyə qalxar.
Dodaqdan oxunar "əl-fatihəsi''
Qıraqda oğlumun səsi.
"Gedək də, darıxdım".
Qayıdar balaca aynası üçün.
Dərd paylaşmağa.
Amma mən, seyr edə bilmərəm o qəlbindəki, sevdanı, kədəri,
Açılan tumurcuq, solacaq yenə...

8.1.16

Qürur günümüz



Bakı! Dəyərini bilənlərə bax!
Zamanın şövqündən ilhamlanaraq,
Bir anlıq sükuta, qərq olub millət
Anılır o yara, həmin müsibət.
Azad ömür üçün, azad gün üçün
Axışdı meydana,o şərəfli gün
Canlarını sipər etdilər onlar
O şanlı tarixə sipər olanlar.
Doxsanıncı il ,iyirmi yanvar!
Bizim də qürurlü tariximiz var.
Fəhləsi, məmuru, multmilyoneri,
Artıq tapındığı, ali and yeri
Şəhidlər ruhudur, bu xiyabandır.
Azadlıq önünə sərilən candır.

Hamı tökülmüşdü bu yola sarı,
İzdiham örtmüşdü, səki, yolları
*********


Xalqimin qəlbinə sancilan bir ox.
Biləni az, deyəni çox.
Tək anim gününde anılılr bunlar
Pafoslu çıxışa qarnımız da tox!
Yox! Bu menim xalqimin qan yaddaşi yox.
Azadliq gunudur!
Xalq kölə olmasin,
Sinələr dolmasin dərdlə qubarla
Axişdi millətim meydana arla,
Azadliq adında qutlu şüarla.
Və... Həmin azadlıqdır.
Dillərə dastan olacaq böyük azadliq!
Tankin əzdiyi koləliyimdi,
Mərminin vurduğu ezilmiş mənlik.
Tər təmiz olkə
min təmiz günüyçün
Töküldü o qanlar torpaqlarıma.
Yenə də torpağın dar məqamında
Menim qanım olacaq düşmənə dəniz.
Qarabağ uğrunda oləcəm bir gün.
Düşmən öz qanımda boğulacaqdir.
20 yanvarda boğulan kimi.
19 yanvar 2012....

Azərbaycana gəlsin



Süleyman Rüstəmə günümüzün cavabı

Günün günortasında, çökmüş bura qaranlıq.
Zülmət görmək istəyən, Azərbaycana gəlsin.
Bir həyat keşməkeşin, düşünmədən bir anlıq,
Əlbət , görmək istəyən, Azərbaycana gəlsin.

Qoy getsin uzaqlara, hörmət görmək istəyən, 
Yardım görmək istəyən, şəfqət görmək istəyən,
Mərhəmətə ehtiyac, ülfət görmək istəyən.
Nifrət görmək istəyən , azərbaycana gəlsin.

Bizlərdən üz döndərib, qış da, boran da, qar da.
Neft ölkəsi deyirlər, imzamız var , imzalarda.
Bu millətin özüdür, zorlanır torbalarda,
Şəhvət görmək istəyən, Azərbaycana gəlsin!

Beş-altı nazir yığıb, pulu, varı özündə
Elə təkcə onların, təbəssüm var üzündə,
Damlalanır arzular , körpələrin gözündə
Dəhşət görmək istəyən Azərbaycana gəlsin.

Məmurları rüşvətxor, əsgəri bit daşıyan,
Əlilləri küçədə, zombilərə oxşayan,
Milyonlar ölkəsində, dilənçi tək yaşayan
Millət görmək istəyən, Azərbaycana gəlsin.

Bu təb mənə, yoxsulun, ahu-zarından gəlir.
Məmurun rüşvətindən, pulu, varından gəlir.
Nə gəlirsə başına, məmurlarından gəlir,
Rüşvət görmək istəyən, Azərbaycana gəlsin!

2.1.16

Əlvida




Durdurun bu ömür qatarını..Bu dayanacaqda düşəcəm..Körpələr bir damcı sevgiyə həstrətkən..Qocalar bir damcı qaygıdan uzaqkən..Analar azadlıqdan məhrum olub dəmir barmaqlıqlar arxasından boylanərkən... Ayın, Günəşin nuru yalnız zülməti işıqlandırma xüsusiyyətinə malik olduğu halda, ətraf hələdə qaranlığkən....

Mənası yox yaşamağın., Mənası yox həyatın...!


Geyrət sadəcə papaq,vicdan sadəcə din, hörmət sadəcə rüşvət anlamına gələn bir dünyada yaşamğa gərək yox məncə...!


Məni qumsal sahillərin üzərində tutacağım incə əllərin, öpəcəyim zərif, bükülmüş boynun olmadığı uzaq bir səhraya aparın...

Sevginin olmadığı bir yerə, Saxta sevgilər, saxta ağlaşmalar, "Haqqını məhruma halal edin" deyimi, ölü namazı istəmirəm...


Başı əskili mollaların özlərinin belə başa düşmədiyi surələri də üstümdə oxutdurmayın..! Dəb-dəbəli məzar,qızıl simlərdən hörülmüş örtükdə istəmirəm... Məni yırtıq bir palaza bükün və qaya daşlarından üstümə atın. Çünki, o qaya daşların üstündə bir yırtıq palaza bükülmüş halda gözümü açdım bu ağ-qara rəngli dünyaya...

Yasıma da gəlməyin...! Mənə allah rəhmət etsində demiyin. Çənənizi yormayın. Onsuz mənə çatmayacaq. Durdurun bu ömür qatarını.


Əlvida dostlar! Əlvida dəyərini bilmədiyim həyat! Əlvida canlı robotlar! Əlvida varlıq!!!

Düşündünmü heç?


Hardayam? Necəyəm? Düşündünmü heç?

Bir dərya içinə qərq edib məni.

Öldürər sonunda ya əvvəl ya gec,

Bəlkəm saçlarıma salmadan dəni.




*****


Bəlkə bu gün,bəlkə sabah,bəlkədə heç vaxt,

Birdə görüşmərik kim bilir axı.

Sonuncu ümiddir qəlbimdə heyhat,

Açiram qəm dolu nurlu sabahı.


*****



Hardayam? Necəyəm? Fikirləşdinmi?

Sənli bir dünyanın sənsiz tinində.

Sən hec bu yolları əzib keçdinmi?

Eşq adlı atəşin məşəqqətində.


*****


Bu yol sonsuz səhra isti bir yoldur,

O incə bədənin dözərmi buna.

Nə ruhunu incit,simani soldur,

Nə də ki,özünü sal bu oyuna.


******



Hardayam?Necəyəm? Maraqlandınmı?

Dörd yanım daş hasar,üstüm buludlar.

Halım-əhvalımı soraqladınmı,

Yayda qapılarımı döyür soyuqlar.

******


Həyat mənim üçün mənasızlaşıb,

Yalnız yaşamamın səbəbi sənsən.

Ruhum kobudlaşıb, can arsizlaşıb,

Soyuq bir uçuruma yollanıram mən!

31.12.15

Güclü QADINLAR



Güclü qadınlar tez itirər sevdiyini.
Heç sevməyirmiş kimi,
heç tanımırmış kimi

yaxınlaşmaz bir daha, buraxdığına
unudar varlığını.

Güclü qadınlar bir dəfə sevər sevdiyini
dəniz sahili sevərcəsinə
zəmi yağışı sevərcəsinə

söykənməz divara xəyallarıyla
tüstülətməz siqareti.
onsuzluğa şeir də yazmaz
mahnı da qoşmaz

Güclü qadınlar quruyar sevdiyini,
hər cür bəladan
öz balasını quruyarcasına

zərər gəlməsini istəməz əsla,
gərəkdiyində durdurar zamanı
gərəkdiyində omrünü fəda edər
sağlığına, nəfəsinə.

Güçlü qadınlar buraxmaz əsla
tutduğu əli,
Yapışar ona sarmaşıq misalı
sevər hər halı ilə

Güclü qadınlar, bilərlər etdiyini,
çay öz axarını bilərcəsinə.

Güclü qadınlar unudar, adamım
ona pislik edəni,
amma əsla əff etməz !


P.S. Şairə Aysel Abdullazadənin eyni adlı poeziyasından ilhamlanaraq. 

30.12.15

Elə İstəyirəm ki...



Elə keçir ki, ürəyimdən
səni sevirəm demək.
Sarılmaq sənə
yanağından öpmək
gözlərimi gözlərinə zilləmək,
gülüşünü izləmək.
Elə keçirki ürəyimdən sahiblənmək sənə
varmaq ürəyinin dərinliyinə.
Sevdiyinəm demək.
Qorxmadan, çəkinmədən.
çəkmək içinə dərin nəfəs kimi quxusunu
heç buraxmadan. heç duymadan
səssiz gecələrimi sözlərini dinləməklə
zarafatla,
bir udum şərabla tənha otaqda olmaq
kəşf etmək sənin məharətlərini
kəşf etmək səni.
varmaq sənin sirlərinə
səni xəzəl tutmuş ağac kimi görmək
çırım-çılpaq.
Toxunmaq istəyirəm vücuduna
bir an belə dayanmadan,
bir ömür toxunmaq.
bir ömür seyr etmək gözündəki zərafəti
bir ömür içimə çəkmək,
ilk günkü təravəti.
əngəlləri yox sayaraq tutub əllərindən
getmək ənginliklərə.
kimsənin olmadığı yerlərə.
bir çadır və ya
bir sınıq-salxaq vaqon tapmaq xoşbəxtliyə
sıxmaq səni sinəmə ansızım
elə istəyirəm ki, vəsf etmək gözəlliyini
darıxmamaq səninçün
kəşf etmək özəlliyini.
bir dilim şokalad kimi xoşbəxt etmək səni
ya da....
ya da, şəkərli kofe qədər
amma daimi,
ömürlük.
kaşki, əngəllər olmasa da,
gəlib götürüm səni özümə,
bir kitab kimi hədiyyə.
amma harda?

27.12.15

Sabahınız xeyir!


Daha bir səhərin,
Girdabındayıq.
Şərqdə ölüm səsi ucalmaqdadır.
Yenə bu şəhərin
Bu həndəvərin.
Keçmişi sabahdan öc almaqdadır.
Nə vaxtdır xeyirə açılan səhər
Xeyirlə sonlanan gecə görmədim.
Nə vaxtdır, həsrətlə gözümü dikib.
Xeyirli xəbərin sorağındayam.
Ömrümdə qısalır qocalmaqdadır.
Yenə də hansısa balıqçı təknə
Körpə uşaqlara , son mənzil olub.
Yenə də bir neçə terrorçu dəstə
Qonşu bir ölkənin küçələrində
Bombasıyla birgə göyə sovrulub.
Yenə də
ölüm var.
Bir başqa ölkəni ağuşa alan
Dəhşətli fırtına, yıxıb evləri.
Mənsə bu kədərin
Dostu, yoldaşı.

20.12.15

Təpədən dırnağa


16.12.15

Budur Bəndə? -Bəhri təbil



Bir bazar vardı vətəndə,
o,nə gündə,
Vicdanı qoyub kəməndə,
və o tində

************

Eliyir xar,
Satır aşkar,
belə rəftar
eləyir, ay camalıyla,
xəyalıyla,
bu halıyla
Dolanır bəzi gözəllər,
belə deyildi əzəllər,
havada yellənir əllər
Məşədi Əzizbəyovda,
şaxtada , bozda, qırovda
Mini yobka, qısa qolda,
belə halda.
Barışır öz həyatıyla,
Qarışır, əhli bəşərlə
Nə hünərlə.
Hər günü ayrı xəbərlə,
....körpəsi eşikdə gözlər.
....böyüyü beşikdə gözlər,
Ki, gələr anasıda sevinə-sevinə
Bu nə talehdi ay ALLAH,
Bisimillah, Rəsullullah
Satılır can da, bədən də
Budu bəndə???
**************************
İyirmi səkkizi mayda,
Əhv etməz sizi mayda,
ki,nə fayda
Budur qayda
Gecələr Səməd bağında
Oturub, oturacağında
hərəsi öz marağında
Kliyent gələcək ki,
güləcək, baxtı bunların
Ən gözəl vaxtı bunların
gecə 10-du.
görürlərki, necə ondu
sanki, insan yox qoyundu
Harada gəldi soyundu
tamı çıxsın,
Görünsün,
əndamı çıxsın
gənclərin əyyamı çıxsın,
ki,
para ikramı çıxsın.
Bu deyir 50 manatdı
O biri ortaya qatdı
ki, bahadı ikiqatdı
Biri divjinya yaratdı
özünü ortaya atdı,
saatı 15-ə satdı,
Bu babatdı,
10-a çıxmışdı dünəndə.
Budu bəndə???


(Arxiv. 2004-cü il)

12.12.15

Poz bu dostluğu


Sən mənim ömrümə gecikmiş bahar
Mən sənin ömrünə boranam, qaram.
Nə sənin verəcək məhəbbətin var.
Mən sənin sevginə xəyanətkaram.
Gəl pozaq dostluğu,
Ayrılaq səmirsiz, ayrılaq səssiz.
Birdə heç axtarma, sil at nömrəni
Mən sonsuz səhrayam, sən mavi dəniz
Elə sahilindəcə boğ , öldür məni.
Gəl pozaq dostluğu.
Beyinlə ürəyi aldatmaq olmaz.
Qoy bizim sevgimiz məhşərə qalsın.
Sevgi mələyindən dostluq sorulmaz.
Qoy bu məhəbbət, Könüllərdə qocalsın.
Gəl pozaq dostluğu.

Tut əllərimdən




Gəl, tut əllərimdən
Gedək üzü yoxuşlara tərəf.
Çıxaq soyuq şəhərdən.
Xatirələrə də toxunmayaq.
Divarlardan asılmış buzlar kimi
Donub qalsınlar şəhərdə.
Keçmişimi basdırıram bakının buxtasında
Ağır daşa bağlayıb.
Gəl... tərk edək buraları.
Bir daxma tikək bizə saray kimi.
Arağ, siqaretdə olmasın.
Çəkək içimizə ocağdakı yarpaqların tüstüsünü.
Bulağdan dolduraq qəlbimizin boş yerinə.
Hiss edək əllərimizin istisini.
Dönüş ümidimizi də öldürək buralarda.
Tut əlimdən gedək.
Sənlə mən.
Ata oğul kimi.

Mollalara



Xəzər sahilində qartala oxşar,
Hamıdan da zəngin , neft ölkəsi var.
Sakinlər ilantək, sürünür ancaq,
Malını talayır, hansısa alçaq.
Mədəni irsimiz, fəhləlikdirmi?
Yoxsa, rəvayət tək, nağıllar kimi
Bizim alnımıza yazılıb bunlar?
Üstdə canavar var, altda qoyunlar.
Gülüncdü... Deyilmi? Məntiqə sığmır.
Məntiq gücə düşüb, komadan çıxmır.
Hamı zəmanədən gileylənirlər
Gah buna ağlaşır, gah əylənirlər.
Zəmanə düz gedir, insan tərsinə
İndi gəl bu yükə, dözüb , gər sinə.
Həci, kərbəlayı, məşədi Əziz
Bu gün Həccdən gəlib, -gedək, Gülbəniz
Gedək, o müqəddəs ayağdan öpək.
Deyirlər, öpənlər, olacaq Mələk.
Belə bir toplumun, alın yazısı
Bundan artıq olsun? - Olmaz, qadası.
Siz məncə, özgəyə yas tutmaqdasız.
Vallah cəfəngiyyat, billah faydasız.
Kəndin ağsaqqalı, Molla Səlamı
Qonşu kəndlərdə də tanıyır hamı.
Neçə tilsim açıb, qız ərə verib,
Onu Allah bizə, ənam göndərib.
Deyə;-Sonabacı sözə başladı.
Cəlb etdi bazarda, tanışı, yadı.
Bir həftə keçmədi, birdə baxdılar
Səlamgil, Bakıdan villa aldılar.
Necədə axmaqca, toplumdayıq biz
Fahişə xan olur, gözəllər kəniz!

Azadlıq



Prezident! Əmr elə! Ləvğ olsun barı
Əməl olunmayan, sözdə azadlığ.
Min cür əziyyətlə, aşıb yolları
Girdi qəbr evinə, düzdə Azadlığ.
Diktator rejimli, oliqarx ölkə,
Tanış gələcəkdir, sizlərə bəlkə,
Saldı öz fonuna, qap-qara kölgə
Polis dəyənəyidir, bizdə Azadlıq
Ucalır məmurun evi hər yerdə.
Kasıb heç dəva da, tapammır dərdə
Yollar hasarlanır, gözlərə pərdə.
Daxildə əsarət, üzdə Azadlığ.