This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!
Showing posts with label esse. Show all posts
Showing posts with label esse. Show all posts

6.1.16

Kədər misraları



Kasıbçılıq onları paytaxta qədər gətirib çıxartmışdı. Ailənin yalnız iki üzvü işləyə bilirdi. Ata və oğlu.
Üstlərində bir xəstə ananın da sorumluqları vardı. Qaraciyər serozu olan anaya mütəmadi dərman lazım gəlirdi. Almaq çətin gəlirdi bu ata ilə oğula amma birtəhər üstəsindən gəlirdilər. Ömrünün ən acınacaqlı illəri hələ qabağda idi. Oğlunun hərbi xidmət vaxtı yetişmişdi. Gedib vətəninə borcunu ödəməli idi.

Bir gün səhər evdən ayrıldı Samir. Öncə rayon mərkəzindəki, komissarlığa, oradan da, təyin olunduğu bölməyə getməliydi. Avtovağzaldan rayonuna sarı üz tutdu. Geridə buraxdıqlarının və ananın dərdini çəkə-çəkə irəlilədi. Cibində pulu da yoxdur Samirin. Dünən axşama qədər işlədiyinin qarşılığını götürmüşdü. Hələ birdə, anasının balıncının altına 5 manat buraxmağı da unutmamışdı. Atası erkənci idi. Hər kəs yatdığı səhər saatlarında gedərdi işinə. "Çörək, sübh tezdən gələr" deyərdi, və erkəndən durub gedərdi. Oğlanın gedişindən xəbəri yox idi atanın. O üzdən oyandırmamışdı. Yatsın dincəlsin düşünmüşdü. Oğul, xəstə yatan anasının üzündən öpüb çıxmışdı.

Kürdəmirdə fasilə vermişdi avtobus. Hər kəs düşüb yemək yemək üçün yeməkxanaya girmişdi. Tək Mazlum düşməmişdi avtobusdan. Çox acmışdı. Səhər yeməyi ilə arası olmadığından yemək yeməmişdi səhər-səhər. Cibində avtobusa verəcəyi 10 manat və əlavə xərclər üçün 5 manatı qalırdı. Buradan 1 manat belə yeməyinə verə bilməzdi. Uzun idi yolçuluğu. Başını oturacağın arxa başlığına söykəyib, yatmağa çalışırdı ara-ara. Ac qarnına yuxu gəlmirdi gözlərinə.

Artıq rayon mərkəzinə çatmışdı Samir. Komissarlığa baş çəkmiş, bu gün gecikdiyini və sabah səhər saat 9-da təkrar baş çəkməyini demişdilər komissarlıqdan. Öz qohumları, rayonun ucqar kəndlərində idi. Rayon mərkəzinə yaxın ya heç bir qohumu yox idi, ya da var idi Samir tanımırdı evlərini və ya özlərini. Gecəni harda keçirəcəyinin dərdini çəkirdi. Mehmanxanaya pulu çatmırdı, üstünə də çox ac idi. Bir dönərçiyə gedib, dönər alıb yedi. Artıq qaranlıq çökmüşdü. Aprel ayının istisi avantaj idi əslində parkda gecələmək üçün. Parkda bir skamyaya uzanıb yuxuya getmişdi. Səhər saatlarında bir mühafizəçi polisin bağırtısıyla oyanmışdı yuxudan.

Üstünə, başına düzəliş verib, saat səkkizdə komissarlığın qabağına gəlmişdi. Komissarlığda hələ ki heç kim yox idi. İlk gələn komissarlıq işçisi də bunun vətən sevgisini təqdir etmişdi. Başına sığal çəkib, "Vətənin sizin kimi igidlərə ehtiyacı var" demişdi.

Yoxlanışdan sonra, yenə buraxmışdılar Samiri.
-Axşam saat 12-də təkrar gəlin sizi yola salaq, demişdilər.
Yenə küçəyə vermişdi özünü. Parklarda gözləyəcəkdi saatların əqrəblərini. Qarnını aclığı ilə, ürəyinin qəhəri ilə, xəstə ana düşüncəsi ilə.

Dedikləri saat gəlib çıxmışdı. Yenə hərkəsdən öncə gəlib çıxmışdı Samir. Qatara minib Bakıya qayıtmışdı, Hərbi toplanış və bölünmə mərkəzinə. Hər kəsin valideynləri yanında idi. Orada tanış olduq Samirlə. Bir küncdə oturmuşdu, dəmir yolu relesin üstündə.

Gedib yanında oturdum. Gözlərindən ixtiyarsız yaş axırdı. Hər kəs ailəsi ilə bir şeylər yeyib içirdi. Uzun bir ayrılığın həsrətini paylaşırdılar, biz iki nəfərdən başqa. Gedib, köşədən iki dönər, iki yarımlitirlik kola aldım. Samirin yanında oturub, ona uzatdım. Qəbul etmədi öncə. Sifətinin solğunluğundan ac olması hiss olunurdu. Yanında qoydum dönərlə suyu. Uzaqlaşırdım ki, bəlkə çəkinir, sonra yeyər. Bir addım atmamışdım ki, dönərlə kolanı əlinə götürüb, "Sağ ol" dedi.
-Buyur, deyib yerə oturdum. Səssiz yeməyə başladıq. Yemək bitən kimi bir siqaret çıxartım. Üsulunca təklif etdim. Birini çıxartdı. Yandırdım siqaretləri.

Hamı bölmələrə dağılmışdı. Eyni bölmədə eyni yatağı paylaşmalı olduq. Bizi rütbələrini tanımadığımız hərbiçilər cərgəyə düzdülər. Ən öndə mən durmuşdum. Tualet təmizləmək üçün məni qabağa çəkdilər. İkinci könüllü istədilər, Samir çıxdı. Bir-birimizin yanı başı tualet təmizləməyə yollandıq. Biz sıradan ayrılan kimi kimlərsə arxamızca gülübmüş. Gəlib bizi arxaya çağırdılar. Bizə gülənləri zor-güclə tualet təmizləməyə apardılar.

Oradan bir başqa yerə, oradan da bir başqa yerə bölündük. Yüz nəfərdən son ünvanımıza qədər 8 nəfər qalmışdıq. Samir mənimlə o 8 nəfərin içində idi. Qarantinimiz bir yerdə keçdi. Eyni bölməyə sərhədə getdik. Qardaşlarımla mütəmadi əlaqə saxlayıb, Samiri də danışdırırdım ailəsi ilə.

Bir qış ayın çovğununda oduna getmişdik. Hava küləkli idi. Yığdığım udunlarla qar uçqunun altında qalmışdım. Samir çəkib çıxartdı məni oradan. Çiyninə alıb, bölməyə gətirdi. Donvurma ilə hərbi hospitala göndərilmişdim. 6 gün ayrı qaldıq Samirdən. 6 gün sonra bölməyə qayıtdım. Əksər vaxtlarda bir çıxardıq saatdar xidmətinə. Heç kim bizim birimizin gözünün üstündə qaşın var deyə bilmirdi.

Bir il üç ay keçmişdi xidmətimizdən. Qardaşım bizim gizirə zəng edib, məni çağırtdırmışdı telefona. Samirin anasının dünyasını dəyişdiyi xəbərini verdi. Bölmə rəhbərinə məruzə edib xəbəri verdim. 10 günlük məzuniyyət yazdılar Samirə. Xəbəri yox idi anasının ölümündən. Ağlaşıb ayrıldıq. Evə gedirsən, bəs niyə ağlayırsan? demişdim sarılanda.
-Nə bilim, bunun-burasında üç ayımız qalmışdı, bitirib gedəcəkdik. Bu məzuniyyət hardan çıxdı? deyə, söhbət keçdi aramızda.

Samir, rayon yolunda getdiyi taksi ilə yol qəzası keçirtmişdi. Anasının üçündə, təslim olmuşdu cansız bədəni evinə....

27.12.15

Məqbulə




P.S. Real həyatdan götürülüb

Məqbulə...

İsti bir yay günü idi. Bütün şəhər günün qovurduğu asfalt örtüyündən yayınırdı. Gah səki üzərindəki ağacların dibinə qısılır, gah da yol qırağındakı qazonlara səpələnirdilər. Havada ara-sıra buludlar gəzişirdi. Günəşdən tam aralıda olduğundan, bir an belə günəş şüalarının qabağını kəsmir, gün dimdik yeni tikilən binanın həyətində fəhləlik edən Elmirin başını qaynadırdı. Hamı nahar fasiləsində ikən Elmir gün altında palçıq qarışdırır, işinin tez bitməsini gözləyirdi. Bütün günlərdən fərqli olaraq, son yeddi kisə sementi qarışdırıb ustaya verər və işi bitincə evə - xəstə yoldaşının yanına gedəcəkdi.

İki gün sonra onların evliliyinin iki ili tamam olacaqdı. Fəridə ilk uşağına hamilə idi. Artıq hamiləliyin son günlərini keçirirdi. Elmir Fəridəni doğum sancısı ilə evdə qoyub, günəmuzd fəhləliyə getmişdi. Maddi durumları aşağı olduğundan Elmirin anası Sona xala doğumu evdə gerçəkləşdirmək üçün bir mamaça danışmışdı. 50 manata razılaşmışdılar.

Elmir evə varanda doğum gerçəkləşmişdi. Bütün qohumlar körpə qızın işığına yığışmışdılar. Elmirlə Fəridə heç olmadığı kimi xoşbəxt görünürdülər. Sevinclərini paylaşmaq üçün uzaq qohumlarına zəng edib məlumat verirdilər. Doğumdan bir neçə saat keçməsinə baxmayaraq körpə hələ ağlamamışdı. Doğum əsnasında mamaçanın buraxdığı böyük səhvi nə ata, nə də yatağında uzanan ana fərq etmişdi. Uşağın ağlamamağının normal hal olmadığını düşünən qohumlardan biri Təcilli Tibbi Yardıma zəng elədi. Zəngdən bir müddət sonra gələn tibbi personal uşağın doğum əsnasında zədələnməsi diaqnozu ilə təxirəsalınmaz halda uşağı şəhər mərkəzindəki uşaq xəstəxanasına, anasını da 3 saylı şəhər xəstəxanasına apardılar.

Elmirlə Fəridə yeni doğulmuş uşaq və bir başqa qohumları ilə Təcilli Yardım avtomobilinə oturub yola düşdülər. Ananı 3 saylı Şəhər xəstəxanasına yerləşdirəndən sonra Koroğlu Metrosunun yaxınlığında şəhərdən gələn ambulansa təhvil verilməli idilər. Tam metronun körpüsünə çatacaqdırlar ki, ambulans qəza keçirtdi.

Bir "Qazel" markalı avtomobillə toqquşan ambulansın içində qohumun əlində olan körpə yerə düşdü. Bunlar Şəhər ambulansına minəndə körpənin vəziyyəti daha da ağırlaşmışdı. Uşağı xəstəxanaya çatdırdılar. İlkin yardımdan sonra körpəni Reanimasiya şöbəsinə yerləşdirdilər.
Elmir üç gün xəstəxananın beton pəncərəsinin üstündə ulduzları seyr edərək gecəni səhərlədi.
Ac, susuz...

Üç gündən sonra...

Həkim Elmirə o bəd xəbəri verdi. Qeyri-ixtiyari gözlərindən süzülən yaşlar yanaqlarından dodaqlarına yol alır, heç nə demədən xəstəxananın küçəsindən yola tərəf şütüyürdü. Bir şəhər avtobusuna minib evə gəldi. Bu sırada Elmirin qardaşı körpənin cansız bədənini xəstəxanadan təhvil almışdı. Səhəri gün Elmirgildə kiçik bir dəfn mərasimi hazırlanmışdı.

Heç bir işdə iştirak etməyən Elmir otağında üzüqoylu uzanıb, olanları Fəridəyə necə izah etməyi düşünürdü. Qardaşı Elmiri zorla da olsa, qaldırıb, Şağandakı Qəriblər məzarlığına apara bildi. Dəfndən dərhal sonra Elmir şəhərə - Fəridənin yanına getdi. Xəstəxanadan Fəridəni buraxmasalar da, Elmirin ağlayaraq israrından sonra Fəridəni Ambulator müalicəyə yolladılar.

Yol boyu taksinin arxa oturacağında oturan Elmir Fəridənin saçlarını sığallayır, ona sarılır, ixtiyarsız ağlayırdı. Heç cürə Fəridəyə olanları izah edə bilmirdi. Fəridə uşağın səhəti ilə bağlı sual verəndə Elmir söhbəti dəyişir, cavab verməkdən yayınırdı.
Taksi evin həyətinə çatanda Sona xalanın ağlayaraq Fəridənin qabağına gəlişindən anlamışdı nə baş verdiyini...

Tam iki gündən sonra Elmir Fəridəni qəbiristanlığa aparmışdı. Körpə bir baş daşını qucaqlayan Fəridənin dilindən yalnız bir söz təkrarlanırdı.

"Məqbuləmmm...."