This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!
Showing posts with label tercüme. Show all posts
Showing posts with label tercüme. Show all posts

9.8.18

Murad Köhnəqalanın simpatik "düşmənçiliyi"!

Son günlərdə blogger Mehman Hüseynovun anasının vəfatı ilə bağlı gündəm materialları sosial şəbəkələrdə bəzi jurnalistlərin mövzu ehtiyaclarını tam təmin etdi. Demək olar ki, 24 saat ərzində bütün statuslarda Mehman Hüseynov var idi. Həmin gün, mən evdə olduğumdan azadlıq radiosunun canlı efirində yas mərasimini seyr edirdim.
Mehman Hüseynovun gəlişi, yaxınları ilə görüşməsi və üz mimikası, onu heç də yasa gələn, və hətta anasının yasına gələn insan kimi göstərmirdi. Mehman Hüseynovun sifətində o qədər pozitivlik sezilirdi ki, Azərbaycan dilini anlamayan tamaşaçıda elə təəssürat yaranardı ki, Mehman ən doğma birinin toy məclisinə gəlib həpsxanadan. Hətta mən belə bir qənaətə gəldim ilk öncə.
Bir müddət aparıcı ilə danışdıqdan sonra (mövzunun nə olduğunu anlamadım, videonu təqdim edərəm) gülməyə başladı. Həm də hər hansısa bir yaxını ölmüş insanın yanında elə gülüş sadəcə tərbiyyəsizlik olardı. Söhbət isə burada öz doğma anası ölmüş bloggerin özünü aparmağından gedir.
Başa düşürük, bu millətin qəhrəmana ehtiyacı var. Taleh Bağırov, Yunis Səfərov, "Abubəkr " Abutalıbov kimi şəxslər necə ki, ayrı-ayrı qrup insanların qəhrəmanı oldu, Mehman da bəzi vətənkeşlərin hətta Muradın təbirincə desək, siyasitəkərqaraldanların qəhrəmanıdır. Bu qrupların müqəddəslərinə çevriliblər. Bunlara haqlı ya haqsız heçnə demək olmaz, etiraz etmək olmaz kimi təəssürat yaradırlar.
Doğrusu Mehman Hüseynovun fəaliyyətindən heç də məmnun deyildim. İçəriyə hansı maddələrnən atılmağını da bilmirəm. İzləyicisi deyiləm, fanatı deyiləm və düşüncəsinə qarşı da deyiləm.
Bunu deyə bilərəm ki, Mehman Hüseynovun anasının dəfnində sərgilədiyi davranış, yumşaq desək sadəcə utancvericidir.

Mən bu yazıda nümayiş etdiyim mögedən dəfələrcə mülayim, mədəni və həssas mövge bildirən gənc aydın, yazıçı Murad Köhnəqala niyə xalq düşməni elan edilsin ki?
Adam haqlı olaraq yazıb ki, ayə, qoyun! Ananın cənazəsinə gəlmisən. Vecinə deyil? Olmasın qardaş! Heç olmasa -"Camaat nə deyər, prinsipi ilə bir az kədərli sifət al.
Bundan gözəl ibarə? Buna sadəcə alqış etmək lazım idi.
Bizim millət küyə gedəndir. Məntiq işlətmirlər, beyin yormurlar. Kim nə deyir, baş üstə deyib arxasıycan gedirlər. Elə buna görə də biz , ölümə, işgəncəyə, zülmə və zorlanmaya məhkumuq.
Bizə bu da azdır.
Sizə sözügedən videonu təqdim edirəm!

6.1.16

Nəcməddin YALÇINQAYA- Bir Gün Mütləq



Bir gecə yarısı, xəbərsiz döydülər qapımızı acımasızca. Yuxularından etdilər. Qorxu saldılar gözlərinə, uşaqların. Hava yağışlı, soyuq idi. Qapını açıb, icazəsiz girdilər otaqlara. Evdəkilər məətəl qalmışdı. Dillərini udmuşcasına sakit idilər.
-Bura mənim evimdir, cəhənnəm olun gedin evimdən! , deyə bilmədi qadın. Evin hər tərəfini incələyib, axtardılar. Əşyalar yerindən alınır, havaya atılır, ayağ altında əzilirdi. Niyə sə sonra buraxdılar xaraba etməyi. İçlərindən bir nəfər evin xanımına.
Yoldaşın hardadır?
Uşaqlara
-Atanız haradadır? deyə, hiddətlə soruşdu.
Zəif bir səs, bəlkə də, dediyini özü belə e.itməyəcək bir tərzdə.
-Bilmirik, deyə cavab verdi, titrək bədənin titrək səsi ilə.
Oyuncağı əlindən alınmış, geri almaq üçün çapalanan bir uşaq qudurğanlığıyla,
-Atanızın harada olduğunu bilmirsiniz, eləmi? deyərək hücum çəkdi uşaqların üstünə adam.
-Niyə bilmirsiz? Qalın gövdəsini bir az daha şişirdərək daha möhkəm və qorxunc sə tonu ilə
-Atanız hardadır? deyə təkrarladı.
Cavab yoxdur. Otaqda; adamın səsi divarlardan əks səda verir, uşaqların qorxu dolu gözləri bir cüt qara zeytun kimi asılmışdı yanaqlarından.
Bilsənizdə söyləməzsiniz? Mən sizi tanımırammı? dedi heyslənmiş çarəsizliyi ilə.
Ana özünə gələrək.
-Cəhənnəm olun evimdən! deyə bağırmağa başladı. Ağlayırdı... Hıçqırmağa başlamışdı. Ovuclarının içinə aldığı başı və bütün bədəni hıçqırmaqdan sarsılırdı. Uşaqlarda ağlamaqda analarına qoşulmuşdular. Otağı ağlamalar, vay-şüvənlər basmışdı. Uşaqların ağlayaraq analarına sarılması səbrini daşırmışdı. Ana:
-Eşitmədiniz mi? Evimdən cəhənnəm olun dedim! deyə balalarını quruma içgüdüsü ilə hərəkət edən kiçik bir sərçənin çırpınıları ilə qanadlandı adamların üzərinə.
-"Yoldaşımın harda olduğunu siz məndən daha yaxşı bilirsiniz" deyə bildi ancaq. Əslində daha çox danışa bilərdi. Uşaqlarına nəsə edəcəklərindən qurxaraq, susmuşdu.
Ana susmuşdu fəqət, binadakı bütün evlər işıqlarını bir-bir yandırmağa başlamışdılar öncəki qışqırığa. İşıqların yandırılması və səslərin gurlaşmasından qorxan bu masqalı geyri-rəsmi geyimli adamlar otağı tərk etməyə başladılar.
Gözlərində yaş, bədəni qan tər içində uyandı ana. Təlaşla ətrafına baxdı. Heç kim yox idi. Uşaqlar hər şeydən xəbərsiz, cənnətin ən təmiz mələkləri kimi, üstündəki yorğanları düşmüş bir şəkildə yataqlarında yatırdılar. Ana göz yaşları barmağının ucları ilə təmizləyərək ayağa qalxdı. Uşaqların alnından sevgi ilə öpərək, üstlərini örtdü. Pəncərə qabağına gedərək, göy üzündəki ulduzları uzuzn-uzadı seyr etdi. Ardından on il keçmişdi amma o anı heç unutmamışdı.
Ana çarəsiz idi. Yalnız idi, üstəlik yoldaşsız idi. Uşaqları atasız qalmışdı. Bir neçə gün əvvəl oxuduğu bir qəzet köşəsi onu dərindən yaralamışdı. Yarası böyüyüb, göz yaşlarına bürünüb qanayırdı.  Yuxusunda gördüyü adamlar binanın beşinci mərtəbəsindən atlanıb intihat etdilər , yazılmışdı qəzetdə. Bu adamların rəhbəri üzgün olduğunu, intiharı önləyə bilmədiyini geyri-səmimi bir ifadə ilə müxbirlərə poz vermişdi.
Həyat mənasız, hər şey boş gəlirdi anaya. Uşaqlar olmasaydı, neyniyərdi? Necə çəkərdi bu acını? Hər şey uzun bir zaman içində olmasına rəğmən, ərini unutmur, uşaqlarının atasız qalmalarına dözmürdü.
Ürəyinin dərinliklərində son ümidini də həmin qəzetlə qapatmışdı. Hər şey sanki, bir anda olmuşdu. Var və yox olmaq arasındakı o kiçik zaman içində. Uşaqları ilə tək başına qalmışdı, heç kimi yox idi. Tənhalıq duyğusu hürkmüşdü, içi titrədi, ağlamağı bir daha artırdı. Yoldaşının yoxluğuna üzülmüşdü.
"Ürəkli bir idin sən, paylaşmasını bilirdin, məğlubedilməz iradən var idi. Səninlə qürur duyardım. Uşaqların da səninlə qürur duyacaq. Səninlə xoşbəxtəm mən də adam. İndi də qürurlüyam. Ürəyindən keçənlər dudaqlarından otağa yayıldı,  oradan açıq pəncərədən çölə süzüldü, ulduzlar qarşıladı ürəyini...
Ana başını qaldıraraq ulduzlara baxdı. Ulduzlar da anaya.  Ana daha da güçlü idi yalnızlığa qarşı, ulduzlar daha parlaq. Ürəyi dudağında ən dibdəki ulduza baxdı. "Mən bir bahar yeliyəm" dedi səslicə, "Həmişə pəncərəni bağlama, deyərdin mənə. Bax, pəncərəm açıqdır. Amma nə əsən bir yel qaldı, nə də pəncərəmə gül buraxan bir dost əli."

Üsyanım dostlara olsun, təsəllim isə "Bir Gün Mütləq"...


Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU

2.1.16

Mövlanədən hekayə-Yol qırağında tikan əkən adam



Yol kənarına tikan əkən adam
Bir adam yol kənarına tikanlar əkdi. Tikanlar böyüyüb yoldan keçənləri narahat etməyə başladı. Gəlib keçənlər:
Bu tikanları çıxart, insanları narahat etməsinlər" deməyə başladılar. Adam bunları eşidir, fəqət vecinə almırdı. Bir gün Allahın bir qolu ona:
-Mütləq bu tikanları çıxart" dedi.
Adam etiraz etmədi.
-Təbii, bir gün mütləq çıxardaram" dedi. Adam bu gün sabah deyə-deyə, tikanlar böyüyüb, qüvvətləndilər.
Qol, adama
-Ey vədinə əməl etməyən adam, çıxart bu tikanları, bu işi sürümdürməyə buraxma, dedi.
Adam:
-Atam, xeyli günümüz var, bu gün olmasa, sabah, bir gün mütləq bu işi görəcəyəm, dedi.
Allahın qolu, cavabında belə dedi.
-Sən hər gün, bu işi gecikdirirsən, fəqət bunu bil ki, hər keçən gün o tikanlar böyüyüb güclənir, tikanları çıxardan sən isə, gücünü itirirsən. Tikanlar getdikcə gəncləşir, sən isə qocalırsan.
*Mərdanəlik, şəhvətləri, ləzzətləri tərk etməkdir.
*Dağ var ki, səsin iki misli əks səda verir, dağ var ki, yüz misli.

Türkcədən çevirdi: Elməddin Rahiboğlu

29.12.15

Küçələr Atam quxuyurdu- Nəcməddin YALÇINQAYA.






Atamı heç tanımadım mən. Quxusunu hiss etmədim. Səsi də qulağımdan asılmadı. Şəkli də yox idi divarımızda. Olsaydı, baxardım... İki üç yaşım var ya yox idi. Bir gün anamdan soruşdum atamı.
-Məni qaçırdıb gətirdi buralara. Gər ki, İzmir çox gözəl yerdir, amma... , dedi. Susdu, gözlərini tavana dikdi, sonra da,

-Mənim üçün, çoxdan öldü atan, dedi.
-Mənim üçün niyə ölmədi? deyə, keçirtdim ağlımdan, heyfsləndim. Bir az da incidim, doğrusu. Atasızlıq çox çətin imiş, insan böyüdükcə bunu daha yaxşı dərk edir. Məsələn, küçələrdə heç davam olmadı. Davadan qaçdım həmişə. Mənim atam sənin sənin atanı döyər, deyə bilmədim. Amma həmişə demək keçdi könlümdən. İçimdə  hələ də həsrəti var.
Anam, "böyüdüyümü" söylədi, bir səhər yeməyində. Sevindim. Həqiqətən də böyümüşdüm. Boyum uzanmış, ayaqqabı ölçüm də böyümüşdü.

Anam, məni alıb, mağazaya getdi. Arından da məktəb ləvazimatları satılan yerə. Məktəb çantası, dəftər, qələm, pozan, karandaşyunan aldıq. Çox xoşbəxt idim, çox... Pozanımı iynə ilə deşib içindən sap keçirtdi anam. -Boynundan as, dedi, -əsla itirmə, deyə də yaxşıca xəbərdarlıq etdi.
Məktəblərin açılış gününün səhəri, anam əlimdən tutub, məktəbə apardı. Məktəbin baxçasında nə qədər çox uşaq var idi, ilahi; ağ yaxalı, mavi önlüklü, sıra-sıra yüzlərcə uşaq. Bir o qədər də, anaları var idi yanlarında. Qorxurdun. Bərk-bərk yapışmışdım anamın əllərindən, buraxmaq istəmirdim. Ətrafıma baxdım. Tək mən deyildim, yalnızlıqdan qorxan. Analarına sarılıb buraxmaq istəməyən çox sayda ağlayan vardı.

Səhər növbəsində olduğuma çox sevindim. Tezdən qalxmağı sevirdim, çünki. Bir neçə gün anamla gedib, gəldik məktəbə. Sonra özüm getməyə başladım. Bir gün yolda bir it düşdü arxamca. Qaçdım.  Hündür bir divarın üstünə çıxdım. İt aşağıda dişlərini qıcıyıb, hürürdü. Qorxudan düşmədim aşağı. Sonra bir kişi gəldi, öncə iti təpikləyib uzaqlaşdırdı, sonra məni qucağına alıb düşürtdü oradan. Buraxmadı, tutdu əlimdən. Əli elə isti idi ki, qəlbimi isitdi. Buraxmırdı əlimi, evimizə qədər götürdü. Düz küçənin başında durdu.

-Buyur, get evinə, dedi. Qayıdarkən, yanağımdan öpdü. Öpüşü elə isti idi ki... Eyni, anam kimi öpdü.
Anam evdə idi. Gülərək qarşıladı məni. Yaxamı açdı, önüyümü çıxartdı. Əli ilə əl-üz yuyandan su götürüb üzümü yudu. Üzümü dəsmalla qurudarkən, elə keyiflə öpdü ki... İm-isti idi. Ana dadırdı öpüşü. Eyni ilə məni divardan endirən kişi kimi, sevgi ilə öpdü.

Birlikdə yemək yedik. Dərs oxuduq. Televizora baxdıq. Eyni anda yuxumuz gəldi. Əvvəl məni yatağıma yatırtdı. Qulağıma sevgi sözləri fısıldadı. Yanağımdan öpdü yenə, üzərimi yaxşıca örtdükdən sonra, səssizcə çıxdı otağımdan.

Gecənin yarısı qorxaraq uyandım yuxudan. Tərdən hər yanım islanmışdı. Sağıma, soluma baxdım, ortalığı dinlədim. Sonra yenə yuxuya getdim. İri cüssəli, təkgöz bir canavar, üstümə oturdu. Qışqırmaq istədim, alınmadı. Ana! deyə qışqırmaq istəyirdim. Səsim çıxmadı. Ata! deyə qışqırdım sonra. Atam gəlib bir təpik atdı. Canavar qaçdı. Həm də arxasına baxmadan. Yaxınlaşdım qəhrəmanıma. Bir də nə görsəm yaxşıdır?: Səhər məni itdən xilas edən atam imiş. Çox sevindim.
-Ata, ata deyə bağırdım. Səsimə anam gəldi. Yanıa uzandı. Bərk-bərk qucaqladı.

-Qorxma oğlum, yanındayam, dedi.
-Çox xoşbəxtəm, ana, - dedim. -Anam və atam yanımdadır.
Daha bərk sarıldı.
-Kaş ki, atan da yanımızda olsaydı, dedi. Dərin bir ah çəkdi. Kədərləndi.

-Amma o bir başqa qadın üzündən tərk etdi məni. Sınə hamilə idim, daha... Məktəbdən dönərkən baş verənləri danışdım. Ağlayaraq dinlədi.
-Hə, o mu? -dedi.

-Rüstəm əmidir o. Onun bütün uşaqları bir yanğında öldü. Ona görə də bütün uşaqları öz oğlu kimi sevər, sayar, yardım edər.
Səhər tezdən durub, məktəbin yolunu tutdum. Gözlərim Rüstəm əmini axtarırdı. Tapa bilmədim... Amma Şirniyər küçələrindən ata quxusu alırdım...



Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU

26.12.15

Acı Əsintilər - Nəcməddin Yalçınqaya "Oçerk"



İzmir 1 nömrəli Ciddi Rejimli Komandanlıqda davam edəm məhkəməmiz nəhayət ki, bir qərara vardı. Haqqımda istəlilən beş illik cəzaya qərar verildi. Amma vəkillərim Apelasiya Məkəməsinə müraciət  etdilər. "Nəticələnməsi bir neçə il çəkər", dedilər.

O zaman içində xaricə qaçma planları qururduq. İlk qrupun içində mən də var idim. Amma əkildim. İbo  məni yarı yolda buraxdı. Babam "İbo istəmədi səni", dedi. İllər sonra İbo ilə görüşəndə soruşdum. " Baba istəmədi səni" dedi. İkisinə də inanmadım.

Atam, "əsgərliyə get, o zaman özünü unudarsan, həmdə ortada ip kimi gözə batmazsan" dedi. Dostlarıma əsəbləşdiyim üçün həmin an hərbi komissarlığa baş çəkdim. Bir həftəyə nəticəsi gəldi. Bahriyəli olmuşdum. İskəndəruna çıxdı qarantinim. Anam və atamla İzmir avtovağzalında vidalaşdıq. "Adanada əmin və xalangildə bir iki gün qalar, ordanda hərbi hissənə gedərsən" dedi, atam. Atam da başı ilə təsdiqlədi onu.

Avtobus hərəkət etdi. Əl salladıq bir-birimizə. Anam ağlamağa başladı, acısını içinə axıtdı atam. Gözlərini məndən gizlətdi. Başını aşağı əydi. Avtobus səssizcə terminaldan çıxdı, sonra sürətləndi. Dərin düşüncələrə qərq olmuşdum. Avtobus uzaqlaşarkən gəncliyim, acılarım, sevinclərim, xatirələrim, xəyallarım arxada, İzmirdə qalırdı. Yarpaqları tökülmüş bir ağac kimi idim. Yapayalnız....

Konya Karamanda verilən fasilənin ardından avtobus yenidən yola düzəldi. Başımı çarəsiscə şüşəyə söykəmiş, uzaqlara baxırdım. Avtobus yavaş-yavaş dağ  yoluna tərəf yol alırdı. A.ağıda Göysu çayı nazlı-nazlı axırdı. Silifkədə fasilə verdi. Silifkənin mahnılara mövzu olmuş o məhşur yoğurtunu bəyənmədim nədənsə, bəlkə də, ağzımın dadı yox idi. Kanduktorun bağırtısı ilə avtobusdakı yerimi aldım. Nəhayət on bir saatdan sonra Adana avtovağzalında yolçuluğum sonlandı. Yavuzlara gedən bələdiyyə avtobusuna mindim. Sürücü , məni dəmir bir körpünün başında endirdi. "Körpüdən qarşıya keç, solda ilk küçə" dedi.

Körpünü keçdim, elə bitişində yerdə boş zeytun yeşikləri üst-üstə düzülmüş, sarı boyalı bir evin önündə, taxta divana və yerə qadınlı kişili bir qrup oturmuş çay içirdilər . Bir qadın görüncə məni ayağa atıldı birdən . Qapısı ardına qədər açıq olan evin dəhlizinə doğru qışqırdı
Hüseyn, Hüseyn.. bu gələn Həsən qardaşın oğlu" dedi, "amma hansı olduğunu bilmirəm"
Mən o günə qədər gəlinimi görməmişdim. Amma o məni atama oxşatmış və tanımışdı. Əmim yuxulu gözləri ilə və üstündə çizgilər olan pijama dəsti ilə küçəyə atıldı. Mənə doğru cumdu. Sarıldı, bir güləşçi kimi, belimdən yapışıb məni havaya qaldırdı. Hardasa, düşəcəkdim. Yanaqlarımdan dəfələrcə öpdü. Gəlinim qaçdı, ardınca əmiuşaqları.  Sarıldıq. Bir sevgi səhnəsi canlandı elə oradaca.

Taxta divanda mənə yer açdılar. Bir padnosun üstündə yenicə bişirilmiş, arasına yaşıl soğan və pendir qoyulmuş çörək və çay verdilər əlimə. Əmi qızlarım (Songül, Hülya, Ülkü) qaçaraq gəldilər yanıma, sağlı sollu boynuma sarıldılar. Gözləri sevgi parlayırdı. Bir küçə arxada yaşayan bibimə xəbər salınmış. Bibim ağlayaraq gəldi. Sarıldı. Öpdü, öpdü məni. "Mən sənə qurban olaram" deyirdi. Arxasından bibimin uşaqları da gəldi. Bir anda qapı önü mitinq meydanına çevrildi. Yoldan keçən maşınlar yavaşıdır,  nə olduğunu anlamağa çalışırdılar.
"Əsgərlik üçün gəldim" dedim, "İskəndəruna gedəcəyəm"
Əmioğlu Kamal: "Hə, mən oranı bilirəm, birlikdə gedərik" dedi. Sonra üzümə baxaraq, "nə zaman təslim olarsan" dedi.

"İki gün sonra"
-Yaxşı, yaxşı, o zaman, Adananı yaxşıca gəzdirərəm səni.
Söhbətimiz gecə yarısına qədər çəkmişdi. Səhərə az qalmış yata bildik ancaq. Tez qalxdıq, səhər qəhvəaltından sonra evdən çıxdıq. Kanal boyu hərəkət etdik. Ardından taksi mikroavtobusa minib, şəhər mərkəzinə keçdik. Əmioğlu, -bura Kiçik saat, ora Böyük saat, ora... deyirdi.

Səyyar bir satıcının qabağında durduq. Əmioğlu , mənə ayna, jilet, maqqaş, dırnaqkəsən alaraq, hədiyyə etdi. Əvvəl qəbul etmədim. -Sonra sən də mənə alarsan, dedi, yox deyə bilmədim.
Kiçik bir köftəçiyə girib, Adana kababı yedik. Bol-bol şalğam suyu içdik. Dərə qoynundan yeriyib anbara getdik. Asma körpüdən, qarşıya keçdik. Orada Bici-Bici* yedik. Adana gözəl idi, amma havası bir az bürkü idi. Tər içində qalmışdım. Ayaqqabı və corablarımızı çıxardıb, suya saldıq ayağımızı. Başımızı da suya daldırdıq. Sərinlədik bir az. Bir-birimizdən ayrı keçən 21 ilin həsrətini bir-iki saata sığdırmağa çalışdıq. Axşam evə çatdığımızda, -Anos bibin səni dəvət etdi, dedi.
Getdik, gecə yarısı döndük. Səhərə qədər danışdıq. Ancaq bir-iki saat mürgüləyə bildim. Sabah qəhvəaltısından sonra evdəkilərlə vidalaşıb, İskəndəruna tərəf  üz tutduq. Bir iki saatdan sonra İskəndərunda idik. İzmirə bənzəyirdi, havası, suyu, sahili...

Əmioğlu bir bərbərə götürdü məni. Bərbər başa düşmüşdü artıq.  Öncə saçımı arxadan kəsməyə başladı. İşini bitirdiksən sonra güzgünü üzümə tutdu. Əvvəl özümü tanıya bilmədim. Başqa biri olub çıxmışdım sanki. Üzümdəki kədər aynaya yansımışdı.
Bir faytona minib 1-ci Dəniz Sıravi  Təhsil Komandlanlığına getdik. Qapıda təslim edildim. Tek sıra halında düzüldülər, bir anbara alındıq, əlimizə ayaqqabı, alt paltar, paltar və papaq tutuşturdular. Kimimizin bədəninə kiçik, kimimizin bədəninə böyük gəlirdi paltarlar. Öz aramızda dəyişirdik. Yalnız ayaqqabı nömrələrimiz bir nömrə böyük verilmişdi. Səbəbi isə; təhsil sonrası ayaqların şişərək büyümesiydi.

Bölmələrə veriləndən sonra yatdığım yeri bəyənməmişdim. Nəfəssiz yatmışdım. Ayrı bir dünyada yaşayır kimiydim sanki. Oxşar məhəllədən iki yoldaşımı, eyni bölmə içində olmağımıza baxmayaraq ancaq beş gün sonra görə bilmişdim. On beş günlük bir təhsilin və and mərasiminin ardından, bazar icazəsinə çıxdıq. Mən bir avtobusa oturduğum kimi özümü Adanada, əmimgildə tapdım. On beş gündür çimməmişdim. Üzərimdəki ağ içliyimin rəngi bozarmışdı. Çorablarımı ayağımdan çıxarıb atdım qapı önündəki zibil qabına. Gəlinim termosu isitdi  dərhal. Duşu hazırladı. Utanmama rəğmən məni bir gözəl kisələyərək  yudu. İçliyimi qaynatdığı suda yudu. Ipə asarkən "Qüsura baxma oğlum" dedi, "hər halda paltar suyunu çox qatdım, içliyin rəngi açıldı"

"Əhəmiyyətli deyil gəlin" dedim, "kim görəcək əynimdəki içlik rəngini"

İçim acıdı birdən. Kədərləndim. İstədiklərim gəldi ağlıma. İçlik rəngi açılmışkən içimdəki rənglər bir bir qaraldı.


*-Buzlu muhəlləbi. Şirniyyat növü

Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU

17.12.15

Balıq və Melisa- Nəcməddin YALÇINQAYA



Uzun zamandır işsiz idi. Hansı qapıya əl uzatsa boşa çıxırdı. Evdə olmaq, evdəkilərlə göz gözə gəlmək istəmirdi ... Sübh tezdən qalxır, aclıqdan guruldayan mədəsiyle çətin atırdı özünü çölə. Ardından şüursuzca, saatlarla gəzirdi küçələrdə, prospektlərdə ...
İzmiri sevirdi. Möhtəşəm bir yerdi İzmir. Kordonun*  tilsiminə buraxmışdı özünü. Kordon, sığınılacaq bir limandı onun üçün. Sahildə, çəmənlərə uzanır, saatlarla eləcə qalır, gəlib keçənləri seyrə dalardı. Ən çox da gözünün qarşısında uzun növbələr meydana gətirən Alman konsulluğunun gözləmləyirdi. '' Ümid yolçularını '' izləmək keyf verici bir şey idi. Hələ Viza almağı bacaran birinin sevinci onu da bir başqa həyəcanlandırırdı.

Yatdığı yerdən qalxdı. Getməkdə çətinlik çəkirdi. Ayaqları uyuşmuş bir halda idi. Yanında, tilovuna böyük  bir balıq ilişmiş  bir balıqçı, həyəcanla kömək istəyirdi. Qaçdı dərhal köməyinə.
- Aman yavaşca çəkin, bəy-əfəndi; deyirdi, səsin sahibi.
- Yoxsa ip qopa bilər
  Səsin sahibinin bir gənc qız olması həyəcanlandırmışdı onu. Qısa bir hərəkətdən  sonra, balıq tutulmuşdu, həm də ipə zərər vermədən. Balıq həqiqətən iri sayılırdı. Hər kəsin baxışları balıq üzərində cəmləşmişdi.
- Təşəkkürlər ; dedi gənc qız.
- Siz olmasaydınız,doğrusu çəkə bilməzdim  bunu tək başıma.

- Bir şey deyil ; dedi gənc adam.
-  Şorbanızda azca duzumun olması, xoşbəxt edər məni ''

Gənc qız yerdə yaramaz bir uşaq kimi tərpənməkdə olan balığı aldı, atdı səbətinə. Üzərini  yaxşıca örtdü. Gənc adamın yanından uzaqlaşmadığını gördükdə,

- Siz də bir ucundan tutmaq istəyirsiniz? -Deyə soruşdu, ipi uzatdı ... istəksiz aldı gənc adam.
-Balıq tutmağı çox xoşlayıram, amma heç şansım yoxdur - deyə giley etdi gənc adam sanki.
- Özünüzə haqsızlıq etməyin - deyə qarşı çıxdı gənc qız.
- Pessimizmi buraxın artıq ... Ümidinizi də itirməyin ... Hər qaranlı gecənin sonunda bir işıqlı səhərin olduğunu unutmayın , əsla.

Başını yerdən yavaşca qaldıraraq sevgiylə baxdı gənc qıza.
 Optimist bir gül olmalı bu - deyə keçirdi içindən. Ardından,
- Uzun müddətdir işsizəm; -dedi.
 -Çətinlik və çarəsizlikdən buralara gəlirəm.
-Çarəsizliyi çox yaxşı bilirəm ;- dedi gənc qız.
 -İki il olar gəlirəm buralara ... Sizi də çoxdandır görürəm ...  Özünüz ilə döyüşməyinizə belə şahid olmuşam. Gülümsədi.
-Adınız nədir quzum? -deyə soruşdu birdən.
- Fırat,
- bəs sizin? ''
- Mənim adım Melisa ; əlini Fırata uzatdı,
- Əllərim balıq iyi verər, üstəlik pulcuqlar da əlimə yapışıb ,gərək bağışlayasız, dedi. Bir-birləri ilə əl tutuşdular.

Fırat  dalmışdı. Yaşadıqları yalan gəlirdi özünə.
-Hey Fırat görmürsənmi?
 Melisa'nın bağırtısıyla xəyallardan ayılıb özünə gəldi. Boş-boş Melisaya baxdı.
-Fırat bax, göbələk suya batır .
Fırat ehtiyyatla tilovu çəkməyə başladı. Tilovun ucu ağırlaşmışdı. Yediyi yemdən xilas olmağa çalışan balıq görünürdü. Sevinmişdi.
-Bax , bəxtin gətirməyə başladı ,belə; Melisa gülümsəyərək, əlavə etdi ...
- Sizin sayənizdə... Siz şans gətirdiniz mənə.
Melisanın telefonuna zəng gəldi. Qulağına aparıb, - Alo ; dedi. Səssizcə dinlədikdən sonra,- OK, olar,gəlirəm; dedi.Qısa danışığdan sonra, Firata səslənərək, ''
- Getməliyəm, dedi.
Gedərkən son dəfə Fırata baxıb:
- Qarmaq səndə qalsın.  şirin bir gülümsəmə ilə.
Fırat Melisanın gedişini çarəsizcə qəbul etdi.
Fırat, hər səhərin gəlişini səbirsizliklə gözləməli olmuşdu.Axşamdan, səhər azuqəsini hazırlayır, sübh tezdən qalxır, yola çıxırdı. Kordona çatanda, balıq tutmaq üçün ilk hazırlıq işlərini görüb,"təsadüf" deyib tilovunu suya atırdı... Melisanı da ağlından çıxartmırdı, çıxar , gələr deyə. Amma Melisa heç cür çıxıb gəlmirdi. '' Sabah gələr, işi çıxmışdır bəlkə'' Deyib təsəlli edirdi özünü.
Bir neçə sabahlar gəlib keçdi, amma Melisa gəlmədi ki, gəlmədi. Fıratın ümidi hər keçən gün bir az daha qırılırdı.Get-gedə alışırdı Melisanın yoxluğuna. Onu həyata bağlayan tək varlıq, bir gün Melisanın gəlməyini gözləmək idi.
Bu gün səhər tezdən yenə də hazırlığını görmüşdü... Qırmağa yemi taxıb uzaqlara atdı. Daha uzaqlara atmaq istəyirdi. Hər atandan sonra ipi özünə tərəf çəkir. Uzaqları yaxınlaşdırmaq, Melisanın gəlişini sürətləndirmək istəyirdi bu üsulla. Gözləməyə başladı. ipi şəhadət barmağına yüngülcə dolamışdı. Arada sırada yemi yoxlayan balıqların vuruşlarını hiss edirdi. Göbələyin suya basdırıldığını fərq etdiyində,  ipi özünə doğru çəkməyə başladı. Su aydın idi, dibi görünürdü. Birdən ip boşaldı. Balıq qaçmışdı. Balığın qaçışına üzülmədi. Hətta sevindi. Onsuz da canı balıq tutmaq istəmirdi. Onu hər səhər buralara gətirən, Melisanı görə bilmə ehtimalı idi. Melisa gəldiyində burada olmaq istəyirdi.
Bir neçə balığın, yemə hücum etdiyini gördü. Balıqlar yemə kiçik dişləmlər atırdılar. Özünü tilovun ucundakı yemi, Melisanı da balıq kimi təsəvvür etməyə başladı. Balıqların kiçik dişləmlərini bir busə, bir öpüş, bir sevgi oyunu kimi görməyə başladı. Hər şeyin aclığını çəkirdi. Melisanın kiçik dişləmləri ilə özünü bitirmək istəmirdi... susamışdı sevgiyə ... İstəyirdi ki Melisa onu bir dişlədikdə, bir dəfə də bitirsin ... Bunları düşünərkən daldı ... Balıq yemi kiçik dişləmlərlə tam bitirdikdən sonra, qaçıb uzaqlaşdı oradan
Fırat bitdiyini hiss etməyə başladı. Özünü tək başına buraxıb qaçan balığın ardından,
 baxa-baxa qaldı.


*Kordon- Dəniz sahilində sahil boyu tikilmiş səki.


Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU

14.12.15

Məzlum yoldaşın ardından- Nəcməddin YALÇINQAYA



Malatyadan İzmirə gəlmişdi yoldaş Məzlum. Yetmişinci illərin ortaları idi. Məzlum, atletik bədən quruluşuna malik idi. Saçları qap-qara və gözlərində qərarlılık və sevgi sezilirdi həmişə. Qısa vaxt kəsiyində hər kəsin sevgisini qazanmış və məhəllənin çilingər İbosu olmuşdu. Zarfatçıldı, parodiya istedadı çox idi. Çox sevdiyi dostlarını belə parodiya edər, dərnəkdəki hər kəsi güldürürdü.
İşgüzar adam idi. Ona ayrılan işi layigincə yerinə yetirərdi.
"Nəzəriyyədən başım çıxmır, mən praktika adamıyam"- deyərdi. Əsəbləşəndə üzü parlayardı. Amma əsəbi tez soyuyardı.
Dərnəyə bir gün basqın oldu. Polislər Məzlumu tutdu. Sorğudan sonra həbs etdilər.
Məhbusluğunu Buca həbsxanasında yatdı. Çıxdıqdan sonra bir neçə yoldaşlarla Məriçdən Yunanıstana keçmiş, ordanda Lavrion Düşərgəsində məskunlaşmışdı.
Lavriondakı əmi oğlum anlatır. Bir gün böyük bir problem üstündə fikir mübadiləsi aparırdıq.
Sur divarın dibində dəniz çox dərin idi. Aramızda "Atılaq" deyən oldu amma kimsə cəsarət etmədi. Sonra aramızdan biri "Partizançı biri olsaydı mütləq atlanardı" dedi. Birdən İbo ayağa qalxıb, paltarlarını soyunmağa başladı. Üstündə tək tumanı qalmışdı. Bizim təəccüblü baxışlarımız arasına özünü aşağı atdı. Suya batıb üzə çıxırdı.Çığlık atdığımızı eşidən bir balıqçı gəmisi onu boğulmaqdan son andaa qurtardı. Surdan enib, təlaşla qarışıq bir qorxuyla yanın qaçdıq. Bizi görüncə güldü.
Sən üzməyi bacarmadan nə ucuz qəhrəmnlıq edib suya atlanırsan? -dedi, dostlardan biri.
İbo dik-dik üzümüzə baxdı.
"Dostum" dedi. Mən partizanlara xələl gəlməyi qəbul edə bilmərəm!.
2003-cü ilin sonlarında Almaniyaya, ordanda qatarla İsveçrə sərhədinə keçdim. İbo və əmioğlum gəlib aldılar məni.
30 il sonra ilk dəfə idi görürdüm onu. Saçları seyrəlmiş, göbəyi çıxmışdı. Amma gözlərindəki nur hələ parlayırdı. Öncə bir dönər sifariş etdi mənə. Qarnını duyur, yoldaş ; -dedi. "Olar ki, tutulub eliyərsən, ac qalma". Sərhəddən tox qarınla keçdim. Məzlum həmişə yaxşı bir dost, yaxşı bir yoldaş oldu. Gecələrdə, fəaliyyətlərdə, yerişlərdə həmişə çiyin çiyinə olduq. Görüşə bilmədiyimiz vaxtlarda telefonlaşardıq. Anam onu çox sevərdi. O da anamı. Tez-tez anamı axtarar, zəngləşərdi. Hətta anam məni Məzluma əmanət etmişdi. Mənim oğlum oralara nabələddir, gözün üzərində olsun; - demişdi.
Şübhəsiz ki, oğlu Uyqarı çox sevərdi, amma qızı Cereni yanından ayırmazdı. Hərçənd, quvsa da Ceren getməzdi. Həmişə arxasında olardı.
Ənənəvi ATİK yaz düşərgəsi üçün getdiyi, Yunanıstanda 5 Avqustda keçirtdiyi avtomobil qəzasında ağır yaralandı yoldaş Məzlum. Bu qəzada Cereni uluzlara qovuşdurduq. Onun xəbəri yox idi. Komanda idi, hər zamankı kimi həyatla dirənirdi. Bu dirənç və inadı ilə həyata tutundu. Komadan çıxdı. Danışa bilmirdi amma gözləri ilə yoldaşları ilə salamlaşır və həyata "Xoş gəldim" deyirdi.
4 ay dirəndi... və sonda 12 Dekabrda həyatla və dostları ilə vidalaşdı... Bəlkə də Cerenin yoxluğunu hiss etdi, onu tək buraxmamaq naminə getdi. Onun üçün tərk etdi həyatı...



Türkcədən Çevirdi: Elməddin RAHİBOĞLU


13.12.15

Anlaya bilmək



Küçüklər satılır elanının altından bir uşaq başı görsəndi və uşaq dükan sahibinə soruşdu.
-Küçükləri neçəyə satırsız?
Dükan sahibi:
-30 dollarla 50 dollar arasında dəyişir qiymətlər, dedi
-Mənim 2 dollar 37 sentim var, dedi uşaq
-Baxa bilərəm mi, küçüklərə?
Dükan sahibləri gülümsəyərək, fit çaldı və İt damından beş ağappaq yumşaq tüklü küçük çıxdı
Küçüklərdən biri arxadan gəlirdi. Uşaq, arxadan gələn yeriməkdə əziyyət çəkən küçüyü göstərib dedi,
-Onun nəyi var?
Dükan sahibi, onun bud sümüyünün çıxdığını və ömürlük axsaq qalacağını dedi.
Uşaq, həyəcanlı səslə.
-Mən bu küçüyü almalıyam, dedi.
Dükan sahibi.
-Yox , sən onu almaq məcburiyyətində deyilsən, əgər həqiqətən belə çox istəyirsənsə, mən o küçüyü sənə pulsuz verərəm.
Balaca uşaq əsəbləşdi. Dükan sahibinin gözlərinin içinə dik-dik baxaraq
-Onu mənə bağışlamağınızı istəmirəm. O da digər küçüklər qədər dəyərlidir və mən onun tam qiymətini ödəyəcəyəm. Əslində, indi sizə 2 dollar 37 sent verəcəyəm, qalan pulları isə ayda 50 sent olmaqla geri ödəyərəm.
Dükan sahibi,  balaca uşağın könlünü alaraq razı salmaq istədi.
-Bu küçüyü həqiqətən almaq istədiyinə əmin deyiləm.  Çünki , bu küçük, heç vaxtı digərləri kimi qaça, hoppana və səninlə oynaya bilməz.
Bu söhbətin üzərinə, uşaq əyilib , şalvarının balağını qaldırdı və metal parçasıyla əvəz olunan ayağını dükan sahibinə göstərərək, gözəl bir səslə.
-Elə məndə yaxşı qaça, hoppana və oynaya bilmirəm. Güman edirəm ki, bu küçüyün onu anlaya bilən sahibinə ehtiyacı var, -dedi

Türk dilindən çevirdi: Elməddin RAHİBOĞLU