This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!

9.8.18

Murad Köhnəqalanın simpatik "düşmənçiliyi"!

Son günlərdə blogger Mehman Hüseynovun anasının vəfatı ilə bağlı gündəm materialları sosial şəbəkələrdə bəzi jurnalistlərin mövzu ehtiyaclarını tam təmin etdi. Demək olar ki, 24 saat ərzində bütün statuslarda Mehman Hüseynov var idi. Həmin gün, mən evdə olduğumdan azadlıq radiosunun canlı efirində yas mərasimini seyr edirdim.
Mehman Hüseynovun gəlişi, yaxınları ilə görüşməsi və üz mimikası, onu heç də yasa gələn, və hətta anasının yasına gələn insan kimi göstərmirdi. Mehman Hüseynovun sifətində o qədər pozitivlik sezilirdi ki, Azərbaycan dilini anlamayan tamaşaçıda elə təəssürat yaranardı ki, Mehman ən doğma birinin toy məclisinə gəlib həpsxanadan. Hətta mən belə bir qənaətə gəldim ilk öncə.
Bir müddət aparıcı ilə danışdıqdan sonra (mövzunun nə olduğunu anlamadım, videonu təqdim edərəm) gülməyə başladı. Həm də hər hansısa bir yaxını ölmüş insanın yanında elə gülüş sadəcə tərbiyyəsizlik olardı. Söhbət isə burada öz doğma anası ölmüş bloggerin özünü aparmağından gedir.
Başa düşürük, bu millətin qəhrəmana ehtiyacı var. Taleh Bağırov, Yunis Səfərov, "Abubəkr " Abutalıbov kimi şəxslər necə ki, ayrı-ayrı qrup insanların qəhrəmanı oldu, Mehman da bəzi vətənkeşlərin hətta Muradın təbirincə desək, siyasitəkərqaraldanların qəhrəmanıdır. Bu qrupların müqəddəslərinə çevriliblər. Bunlara haqlı ya haqsız heçnə demək olmaz, etiraz etmək olmaz kimi təəssürat yaradırlar.
Doğrusu Mehman Hüseynovun fəaliyyətindən heç də məmnun deyildim. İçəriyə hansı maddələrnən atılmağını da bilmirəm. İzləyicisi deyiləm, fanatı deyiləm və düşüncəsinə qarşı da deyiləm.
Bunu deyə bilərəm ki, Mehman Hüseynovun anasının dəfnində sərgilədiyi davranış, yumşaq desək sadəcə utancvericidir.

Mən bu yazıda nümayiş etdiyim mögedən dəfələrcə mülayim, mədəni və həssas mövge bildirən gənc aydın, yazıçı Murad Köhnəqala niyə xalq düşməni elan edilsin ki?
Adam haqlı olaraq yazıb ki, ayə, qoyun! Ananın cənazəsinə gəlmisən. Vecinə deyil? Olmasın qardaş! Heç olmasa -"Camaat nə deyər, prinsipi ilə bir az kədərli sifət al.
Bundan gözəl ibarə? Buna sadəcə alqış etmək lazım idi.
Bizim millət küyə gedəndir. Məntiq işlətmirlər, beyin yormurlar. Kim nə deyir, baş üstə deyib arxasıycan gedirlər. Elə buna görə də biz , ölümə, işgəncəyə, zülmə və zorlanmaya məhkumuq.
Bizə bu da azdır.
Sizə sözügedən videonu təqdim edirəm!

2.8.18

Həqiqət Söyüşü ,Mədəni Yalançılıq!

Son zamanlar, hökumətin (oxu. iqtidarın) şərəflə sinəsinə döyüb öyündüyü iş yerlərinin böyük bir faizi fərdi evlərin tikintisi ilə məşğul olan usta və fəhlə heyətini təşkil edir. Deməli Azərbaycanda vəziyyət aşağı-yuxarı belə götürülür.
1. Azərbaycanda hüquqi şəxslər kimi fəailiyyət göstərən bir çox dövlət qurumların ümdə vəzifələrində duran şəxslər-Bunlar Nazirlər, müavinləri, İcra başçıları, qurum rəhbərləri və s.
bunlar sözün həqiqi mənasında bəy kimi yaşayanlardır.
2. Bunların himayədarıq etdikləri dekont şirkət sahibləri, geyri-leqal fəaliyyətdə olan firmalar, hansı ki, bunlar yalnız kağız üzəridə qeyd olunur, əslində mövcud deyillər.
3. Bunların işlərini aparan yeni tip, "maşennik"lər. Bunlara da aid edilir, "zepşək"lər.
Burada "maşennik" və ya "zepşək" təbirinin açıqlamasını verməyə çalışacağam.
Kimdir maşenniklər?.

Əsas vəzifələri bu oleqarxların tikinti sektoru ilə məşğul olan insanlardır ki, yalan olmasa, bunlar həmin oleqarxlardan çox pul qazanırlar.
Necə???
 Fəhləni həmin şəxslərlə bir giymətə danışıb, 50% ucuz işlətməklə, usta (bənna, elektrik, santexnik, kosmetik, suvaqçı və s) heyətinin gördüyü işlərindən faiz tutmaqla. Ən çoxu isə material alışından qazandığı pullardır. Bu şəxslərin əsasən evləri möhtəşəm olmur, maşınları ya ucuzundan olur, ya da ümumiyyətlə olmur. Bu da özlərini maskalandırmaq üçün aparılan siyasətdir. Bunlar əsasən, yəni mütləq əksəriyyəti yalançılar olur.
Allah eləməsin ki, oleqarx olmayan, öz halal zəhməti ilə pul qazanıb, illərlə yığıb, toplayan bir vətəndaşın bu maşenniklərə işi düşsün. O dəqiqə başlayacaqlar, fiziki, riyazi, kimyəvi və biotexniki hesablamaların anasını ağlatmağa ki, sizin tikdiyiniz, maksimum 9-10 metr hündürlükdə olan evinizin daş, dəmir sement kanstruksiyalarının xüsusiyyətləri bu keyfiyyətə cavab verir.

 "Yüksək keyfiyyətli metal konstruksiyalar, yüksək markalı dəmir-beton materiallar vəs." Sual oluna bilər ki, bunların xeyri nə olur?
Yüksək keyfiyyətə malik olmaq yüksək büdcə hesabına olur. Bu danılmaz faktdır. Yüksək keyfiyyət normalarına uyğunlaşdıraraq öz el dili ilə desək "kitayski" mallarını bunlara maksimum ucuz giymətə soxuşduran işbazlar sayəsində qazanılanlar qulaq çatladır. Təbii ki, bunları eləmək üçün, maksimum, ziyankar, qəddar, uzaqgörən, hiyləgər və bir o qədər də həyasız və yalançı olasan.
Saydığım bu xüsusiyyətlərini ğzünüzdə görürsünüzsə, demək ki, siz də gələcəyin milyoneri adına namizədsiniz.
Yalanı da gərək çalışasan ki, elmi dil üslubunda, qulağa harmoniya verən, daha kibar və mədəni deyəsən. Əks halda səni ilk yalanında tutub eşşək balası kimi çırpıb tavana qoyarlar.

Amma sadaladığım kimi yalançı olsan, sənin üzünə belə söyüş söyməyə utanıb, arxanca döşəyəcəklər.

Mənə görə isə həqiqətə uyğun söyüş söymək, mədəni yalandan daha etikdir.

Bəs Zepşəklər kimdir?

Ən azı bu maşenniklərin xüsusiyyətlərinə malik olub, onları bildiyi halda, göz yuman, və lazım gəldiyi halda bildiklərini kozer kimi istifadə edən işbazlar.

Sizə qardaşyana məsləhətim. Heç birindən olmayın! Olmaq zorunda olsanız da, maşennik olun, zepşək olmayın!

9.7.16

Çağırış! (bəhri-təbil) Dini



Dininə sahib ol ey bəni-insan!
Tapacaqsan nicatı
Yaşayıb, dərk edəcəksən həyatı
Biləcəksən qədrini bu kainatın
Dadı Allahdan əmanət
Et ibadət.
Et itaət
O mübarək varlığa hər dəm.
Bir gün gələcək gözləri qəm.
Ki, gedirsən.
Tərk edirsən həyatı varü-yoxunla.
O ötə dünyayə sarı.
Bircə gün namaz qıl barı.
Ya da aç o müqqədəs quranı bir gün.
Dua et,
Bəlkə edə qəlbindən sürgün.
Şeytani hisslərini.
O arağ içdiyin dişlər,
nə deyərlər İnkirə insan?
Hesab sorulan zamanda
Əllərin nə söyləyər?
Gözlərin edərmi inkar?
Rumkanın cingiltisi
Edəcək qulaqların kar.
Dilə gəlməz ayağların.
Hər yerin, səndən uzağdı.
Ürəyin qaynar bulağdı
O əzabdan, əsarətdən,
Qorxular arxanda dağdı.
Atacaqsan addımını cəhənnəmin narına sarı.
Arxaya baxma deyərlər.
Gördüyün fani dəyərlər
Dadına yetə bilməz.
O masa qurduğun dostlar və tanışlar.
Sənə taylar, sənə tuşlar.
Çata bilməz köməyinə.
Çünki onlar da yanmışlar.
O odun başqa yönündə.
Hamısı sənin günündə.
Ümidi bəsləyəcəksən
haqqına girdiyin insanlara ki,
Onlarda "haram" deyərlər.
Arxanca söyüş söyərlər.
Nə qədər gec deyil, İnsan!
Gəl imanə.
Namazın qıl, niyazın et!
Gedəndə hüzuri-Allah.
Üzün ağ, alnın açıq get!
Əlhəmdülillah!

4.7.16

Saqqalı Cahillər

İllər öncə bu rüzgar, döymüşdü məsumların qapılarını. Lap illər öncə. Bizdən çox uzaqdakı məmləkətlərdə. Ölümü belə, şərəfsizləşdirən şərəfsizlərlə.İslamla, müsəlmançılıqla maskalandırdılar ölümü. Cihad adı verdilər ona.

Allah üçün öldürdüklərini söylədilər. Həm də hər şeyi "Ol" deyib, yaradan Allah üçün. Əcəba, onların "Ol" komandası ilə yaradan Allah, "Yox Ol!" deyə komanda verə bilmirmi? Və yaxud, bu cihadları, ağlında cənnətdəki seksi və xoş güzəranını fikirləşən cavanlar dərk edə bilmirlərmi? Dərk edə bilirlər amma başları o qədər cənnətdəki hurilərə qarışıb ki, digərlərini fikirləşmələrinə vaxt tapmırlar.

Nədir bu çirkinliyin özü? Özülü?

Təsəvvür edin ki, onların məntiqincə desək, bir kafir, 10 min nəfərin olduğu bir tadionun, bir terminalın, bir konsert salonunu içindədir. Otururlar, fikirləşirlər ki, o "kafiri" öldürmək üçün bulunduqları yeri, partlatmalıyıq. Bir səy seçirlər, ona həyatı mənasızlaşdıran,"bir quran" (leksikologomuzda çox söz mənasında işlənir) danışdıqdan sonra, bir simvolik taxta qaşıq maketi (guya Məhəmməd Peyğəmbərlə yemək yeyəcək) bir dənə də açar asırlar boynundan, bağlayırlar ona bombanı, göndərirlər ora. Təsəvvür edin onun düşüncəsini. Bir bombanın ipinə bağlıdır onun cənnət sərgüzəştləri. Pornoqrafik huriləri, Peyğəmbərlə üz-üzə yemək xəyalı. Allahım, necədə saf, pak, ümidverici bir xəyaldır. Mən də olsam, edərəm.
Keçək partlatma mərasiminə.
Qurbanlar gəlib ünvana çatırlar, həmin "kafir"(llər)ə uzaq bir məsafədə, bombanın ipini çəkir. Nəticədə, yüzlərlə onunla eyni fikirdə olan müsəlmanların ayrılıb, parçalanmış əzaları o sözdə kafirə ətdən qoruyucu divar olur. Nəticədə onların hədəfdən başqa hamısı ölür.

Əcaib olanı bilirsiz nədir? Biz bu məxluqlarla, eyni dövrdə, eyni ortamda, eyni iş yerində mütəmadi üz-üzə gəlirik, danışırıq. Deyib gülürük. Onların qıldıqları namaza "Allah qəbubul etsin" deyirik, saxtakarcasına. Dualarına "Amin", özlərinə və üzlərinə qardaş deyirik. Erməniyə "dayı" dəmək məsəli.

İkinci ən acınacaqlısı isə odur ki, orda bədənini bir heç uğrunda parçaladana, burada dərin həsəd və sevgi bəsləyirlər. Hətta qısqananlarını da gördüm, anasını satım....

Amma, islam teror deyil, əsil islam o deyil, onlar müsəlman deyil, terorun dini yoxdur kimi şablom cümlələrlə gözümüzü də bağlaya bilirik.

Səbrimiz bol olsun!

7.6.16

Tanrım



Bir ömür vermisən, öz ömrünə tən
Fərqlilik bir azca dahiliyindir.
Tənhasan, yalnızsan mənim kimi sən.
Onunla fəxr etmən aliliyindir.

Arada bir görün, gəl söhbət edək.
Bir adi kafedə sənlə tetatet
Gedək əyləncəyə, səyahət edək.
Fərqi yoxdur kino, opera balet.

Dost olmaq istərdim, ayrılmaz, daim.
Bölək ötədəki dünya görəvin.
Məni cəhənnəmə qəddar bir hakim
Üstələn cənnətdə sevda görəvin.

Nə var oturmusan görünməzlərdə?
Millətin dərdinə qaravul çəkək.
Salaq yolsuzluğa hündür bir pərdə
Orda asvalt tökək, ora yol çəkək.

Ya da dəniz göndərək biz Somaliyə
Orda susuz millət gör nələr çəkir.
Onların harayı ucalır göyə.
Bir dilim çörəyə nalələr çəkir.

Bir də Suriya var, itaətkarlar
Rənginə baxmadan, adam öldürür.
Deyirlər kitabda verilib qərar.
Terorla yanaşı cihad sürdürür.

Gəl birgə bunlara bir əncam çəkək
. Körpələr dənizdə boğulmasınlar.
Daim atəşkəsə sərəncam çəkək.
Savaşda, döyüşdə doğulmasınlar.
Gəl görün gözümə, varsansa əgər.
Yoxsansa eybi yox, təsəllim olsun.

Səninlə söhbətim hər şeyə dəyər.
O ötə dünyada hesab sorulsun.
Sənə şəkk gətirmək, deyil həddimə
Amma fikirlərim buraxmır rahat.
Axı dərdlərimi danışım kimə.
Sənin yaratdığındır külli kainat!

Yağış


Nə gözəl gecədir. Şükür İlahi
Yağış pəncərəmdən üzümə vurur
Təbiət möhtəşəm, təbiət Dahi.
Hər bir damlasından bir həyat uçur.
Uçur yağmurların gəldiyi yerə.
Onlara bəşərdən salam aparır.
Hamının müqəddəs bildiyi yerə
Ümman qədər sevda, məhəbbət saçır.
Hələ o çaxnaşan ildırıma bax.
Səmanı nur basır bir anlığına.
Ümid qığılcımı alovlanaraq
Şəfəq saçır qəlbin qaranlığına.

Tolışə şeir (Talışca şeir)




Həsrət kəşdəm bəlelə do livonro
Həmüşəmı təbiətı dəvonro
Sekertıro, həlimdorı, bəvonro.
Mıne bəçma di yad karde şinə di
Büküədə ömr dəvarde şinə di.
Jıqo karde ışta zıvon yod bekam.
Kiro botom, az korəro dard bıkəm
Dəçıma di dəqarde nünə lokəm
Jitımünim dətı marde şinə di
Bükuədəm ömr dəvarde şinə di
Kavüəkerı kavüə sığün, Kəmləkon
Çı Boğını hülə doon, ə məkon
İ rüj mıro harde jivon ebəkan
Şair bətı obəqarde şinə di
Fələk bə peş pebəqardə şinə di

26.4.16

"Təpəsi bəlalı LƏLƏ"




Hər şey 2 apreldə Lalə Azərtaşın ATV-dəki Xəbərlərin Xüsusi buraxılışı ilə başladı. Başlıq, nəyə desəniz dəyərdi. Ordumuzun uğurlu əməliyyatı
Lalə xanımda o qədər həyəcan və sevinc hissi var idi ki, Bütün diqqətləri üzərinə çəkmişdi. Dudaqlarının titrəməsi, arada həyəcan səbəbi ilə ona tapşırılan teksti düzgün ifadə edə bilməməsi, qətiyyən tamaşaçılarda əvvəlki, imaalı qınamaları qabartmırdı. Bir hiss yaradırdı insanda özünə qarşı. Dilinə qurban, tez verin də bunu. Və Lələ Təpə tamami ilə Azərbaycanın nəzarəti altına keçmişdi.
Bir vətəndaş olaraq biz də buna qeydsiz qala bilmədik. Ertəsi gün, uğurumuzun canlı şahidi kimi hadisə yerinə üz tutduq. Uzun bir yolçuluqdan sonra vardıq Ağdam rayonuna. Məqsədimiz, Lələ Təpəni görmək, Talış kənddə bir foto çəkmək, kasıb amma tam ürəkdən gələn pay aparmaq igidlərimizə. Məqsədimizə tam nail ola bilməsəkdə, tapdığımızla yetindik. Yol boyu, girdiyimiz iaşə obyektlərin önlərində, Müdafiə Nazirliyimizin Hərbi Sirri Yaymaq barədə Qanun yapışdırılmışdı.
Bir şeyi nəzərdə saxladıq ki, hərbi hissələrə məxsus texnika və şəxsi heyyətlə video və foto kadr edə bilmərik.
Bunları oxuyanda üzüldük təbii ki, cəsurlarımızla bir yadigar foto saxlaya bilmədik. İşin bu hissəsi üzücü olay idi. Digər tərəfdən, bunlara qəhrəman əsgərlərimizin təhlükəsizliyi naminə qatlanmalı idik. Buna bizi məcbur edən yox idi. Özümüz bilirdik ki, biz ora özümüzün reklamı üçün yox, vətən sevgisinə görə üz tutmuşduq.
Özümü çox tərifləməyəcəm. Ağdam Rayonun Baharlı, Çəmənli kəndlərində bir-iki şəkil çəkib, telefonumuzu münasib ciblərimizdə saxalyaraq bacardığımız qədər irəliyə üz tutduq.
Bizimlə yanaşı, şou-biznes nümayəndələri də getmişdilər. Əhsən deyib, vətənpərvərliyinə alqış da edirik. Burada çoxlu adlar var idi. Elton , Manaf, Xatirə, Elnur və digərləri.
Qayıdan baş, öz instagram səhifələrində, bütün postlar, Maddi Texniki Təminat, Texnikaların nömrələrinə kimi, sayına qədər, durduğu mövqelərinə qədər hər şey açıq aydın paylaşılmışdı.
Düzdür, onsuzda ermənilərdən alınan mövgelər idi oralar. Amma hər şeydən öncə, müharibə şəraiti, və hərbi sirrə nəzarət olmalı idi. Bizə edilən kimi, polis və DTX-nin əməkdaşları onları da yoxlamalı, telefonlarına nəzarət edilməli idi. Əminəm ki, bizdə axtardıqları hər şeyi onlarda tapa bilərdilər.
Məqsəd, bizi yüksəldib, onları alçaltmaq deyil. Məsələ, onların özünü reklam etməsidir. Tolik adlanan məxluq, öz səhifəsində bir foto paylaşmışdı. "Talış kənddəyəm"
O fotonu görəndə bir kəlmə rəy verə bildim. Onu da fotonun altında yox. Öz ürəyimdə. Yalançının atabatasına lənət. Tolikin özünə yox ha, Yalançının. Çünki, Talışkənd hələ də işğal altındadır.
Məhşurların bu LƏLƏ TƏPƏ məcarələri Lələmizin Təpəsinə kül tökməyə yetdi.
Bu yazını yazmağımda məqsəd isə, belə incə məsələlərdə, daha diqqətli və həssas olmalarını diqqətə çatdırmaq  idi. Hər şeydən pear güdməyin, Hələ ki, bu belə həssas mövzudursa....

23.4.16

Talış və STAN




Yuxarıda verdiyim iki sözcük. Daha doğrusu, söz və şəkilçinin (Talış- azərbaycanca, əsli Kaduslardan gəlmiş fars dil qrupuna aid olan xalq-TOLIŞ, stan-türkcədən çevirəndə vəziyyət, şəkilçi kimi artıranda ölkə mənasını verən fars sözüdür) Talışlara yaxından və uzaqdan  heç bir əlaqəsi yoxdur.
Məsələ buradadır ki, yuxarıda hissə-hissə verdiyim o sözün yəni TALIŞISTAN sözünü gündəmə gətirən və özünü mənim xalqımdan olan bir şəxsin fikirləri həmin xalqın yəni bizlərin fikirlərimizlə üst-üstə düşmür. Bu barədə daha geniş açıqlama geyd edəcəyəm. Amma əvvəl xırda da olsa bildiriş verim.
Əlikram Hümbətov Ələkbər oğlu.
Kimdir bu Əlikram?
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini vəzifəsində işləyir.
O, 1948-ci ildə Lerik rayonunda anadan olur. Azərbaycan Politexnik İnsitutunu bitirir.
Lənkəranda bir müddət avtonəqliyyat müəssisəsinin direktor müavini işləyir.
Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri olur. Bir az insan tərəfdar yığandan sonra özünü siyasətçi zənn edib, Respublika yaratmaq eşqinə düşür. Lap doğru ifadə ilə desək Muxtar Respublika yaratmaq istəyir. Talış-Muğan-Muxtar Respublikası.
Anti-Sovet iğtişaşları zamanı,qarışıqlıqdan istifadə edərək, 10 gün Lənkəran şəhərin başında dayanır.
Salyan inzibati rayonunda bir post-keçid məntəqəsi qoyaraq, Talışların kompakt yaşadığı əraziləri tərk etmək istəyən talışları geri dönməyə məcbur edir, təslim olmayanları isə güllələtdirir. (Əhalinin dilindən eşitdiklərim-red)
1996-cı ildə məhkum edilir,2004-cü ildə əhv edilir. 2005-ci ildə ölkəni tərk edərək Hollandiyaya sığınır. 2013-cü ildə Ermənistana qondarma Talış-Muğan Respublikasının prezidenti kimi səfər edir. Orada bir sıra dövlət rəsmiləri ilə görüş keçirdərək Tlışların kənarlaşdırıldığından, ayrı-seçkilik edildiyindən, güzəranımızın pisliyindən gileylənərək, Sarksiyan üçün bir xeyli ağlayandan sonra ora sığınır, İrəvan Dövlət Universitetinin Farsşünaslıq fakultəsində Talışşünasliq bölməsi yaradaraq ermənilərə Talış dilinin öyrətməyə başlayır. Erməni xalqı da bir az gicdi axı, bu dilin əlifbasını soruşmadan-etmədən (soruşsaydılar, cavab verə bilməzdi yəgin-red) dili öyrənməyə başlayırlar.
Ermənilər Azərbaycana qarşı ən xırda neqativliyi dəyərləndirdikləri üçün, bunu  fürsət bilib, nəyi var maddi yardım göstərirlər. Bu da etməyib tənbəllik, özünə dayaq durmaq üçün, Masallıdan olan və Sankt-Peterburqda yaşayan, amator kamera ilə özünə Youtube sosial şəbəkəsində efir yaradan Zabil Mədoj adı altında fəaliyyət göstərən Zabil Məhərrəmovu maliyyələşdirir. O qədər maliyyələşdirir ki, Zabil "Zabil Tv"-nin efir vaxtı və əhatəsini genişləndirərək "Talışıstan Tv" adi ilə ortalığa çıxardır.
Başlayır, Azərbaycanın arxasınca damğalamağa.
Bu da, cahil, savadsız Azərbaycan türklərini Talışlara qarşı kin qusmağa məcbur edir. Əslində bu ikili, bunu istəyir. Bu proses baş verdikcə, bunların dəyirmanları işləməyə başlayır və biləvasitə, ermənilərə pullarının hədər yerlərə sərf olunmadığının isbatını verir.
Bir az da bu Talışıstan Tv-dən danışım. Efir xəbər və mədəniyyət üzrə fəaliyyət göstərir. Adının belə doğru olmadığını yuxarıda geyd etmişəm. Adının düzgün olmadığı bir televiziyanın içindəkilərin, məntiqi nəticəsini yəginki özünüz bilirsiz. Amma mən yenə də deyim. Aparıcı Zabil Mədoj iddia edir ki, talış dilində danışır. Amma mən bir talış olaraq, dediklərini tam anlamıram. Çünki, ifadə etdiyi sözlərin əksəriyyəti fars (60 %) Azərbaycan (30%) və Talış (9%) və mən.əyini belə anlamadığım (1%) dildə danışır.
Misal: Im rüjnə bərnamə çəmə xaq şairi Əli Nasiri 60 sornə yubleyi haqqədə bəbe.
Tərcümə: Bu günlük program bizim xalq şairimiz Əli Nasirin 60 illik yubleyi haqqında olacaq.
Bildiyiniz kimi burada Yubiley, Bərnamə və Xalq şairi sözü talış dilində deyil. Fars (Bərnamə) və Azərbaycan dilindən istifadə edir.
Bu isə o deməkdir ki, bunun Talış xalqına heç bir dəxli yoxdur.
Bunu izləyən talışlardan duyarlı olmasını arzu edirəm. Azərbaycan Türklərinə isə demək istəyirəm ki, biz bu torpağın övladıyıq. Üç rəngli bayrağımızın al-qırmızısında Pəncəlilərin, Rəhmanların, Bakirlərin, Çinarların, Agillərin və minlərlə başqa şəhidlərin qanı var. Zabillərin zibilinə düşməyin!

27.3.16

AN(Kara)M
















Bu gün çılğın arzuların
O tənha ağacın dibinə gömüldüyü,
Ümidin isə səssiz küçələrin buz tutmuş tavanlarından asıldığı gündür.
Bu gün daha bir günəşin gənc və günahsız insanların matəmi ilə bağlı qap-qara bulud arxasına gömüldüyü
Səma narın gözyaşları ilə küçəyə səpilən səbəbsiz qanların yuduğu gündür.
Bu gün təbiət, qoynunda bəslədiyi bir sıra insanlardan utandığı,
Düşüncələrin cılızlaşmağı ilə maşaya çevrilən terorçu gənclərin lənətləndiyi gündür.
Bu gün, Allahın öz yaratdığları qarşısında aciz qaldığı
Qurban olduğları halda qurban edənlərin günüdür.
Bu gün "An" ların "qara"landığı gündür.
Daha bir Ankara günüdür.



13 Mart 2016

11.1.16

Bir gün qərq olacam bu qaranlıq gecələrdə.



Bir gün qərq olacam bu qaranlıq gecələrdə.
İsa Məsih kimi.
Bir gün açacam qəlbimdəki tilsimi,
Bir gün gedəcəm buludlara, səssiz, səmirsiz!
Bir ad qalacaq! Sadə bir ad!

Qopacaq arxamca, şüvənlər
Edəcək sevənlər fəryad!
Ey dad!
bu qəmli sevda,
bir sənət, şeir olacaq!
Düşüncələrdə.
Məzarıma güllər gələcək!
Tər qoxulu qərənfillər.
Səfillər,
Mollalar qonacaq,
pul kasasına,
sevdiklərimin...
Cənnət, cəhənnəm misalı
Mən olmayacam, bilməyəcəm
Nə olub bitdiyini.
Amma nə hala
Onsuz da cəfəngiyat.
Bu gün varam deyə yox sayılmaq,
deyilmi yoxam deyə var sayılmaq tək...

Bir bulud olacam,
Bəlkə bir milçək
Vızıltı gələndə hər cümə günü
Anam ruhdur deyə ağlayacaqdır.
Yuxulara gələcəm.
Bu gun yaxşı gördüm
Sevinib, dünənki işimə mənim
Sevgilim aynanın qabağında,
Gah məsum baxışlı yalvarışıyla, 
gah göz yaşıyla
Üsyan edəcək o günkü günə...

Bunlardan mənə nə,
Bir bayram axşamı,
Bir başqa şənlikdə,
Badəmlə deyilən o arzu, kamı
Dilə gətirəcək dost dediklərim.
Bu onun sözüydü, o söyləmişdi.
Kaş, burda olaydı yenə.
Bunlardan mənə nə?
Övladım rəsmimin önündə durub
Sorar anasına bu kimdir? - deyə

İzahat...

Boğuq və qırıq səsləri ilə
Qulaq cingildədəcək!
Səhər qara yaylığı atıb başına
Oğlumla gələcək məzar başıma
Anacaq bu günü
Gecələr yuxunun şirin çağından
Öpərək, sığalla oyadan əllərimi o.

Heç nə dəyişməz!
Əllər göyə qalxar.
Dodaqdan oxunar "əl-fatihəsi''
Qıraqda oğlumun səsi.
"Gedək də, darıxdım".
Qayıdar balaca aynası üçün.
Dərd paylaşmağa.
Amma mən, seyr edə bilmərəm o qəlbindəki, sevdanı, kədəri,
Açılan tumurcuq, solacaq yenə...

8.1.16

Qürur günümüz



Bakı! Dəyərini bilənlərə bax!
Zamanın şövqündən ilhamlanaraq,
Bir anlıq sükuta, qərq olub millət
Anılır o yara, həmin müsibət.
Azad ömür üçün, azad gün üçün
Axışdı meydana,o şərəfli gün
Canlarını sipər etdilər onlar
O şanlı tarixə sipər olanlar.
Doxsanıncı il ,iyirmi yanvar!
Bizim də qürurlü tariximiz var.
Fəhləsi, məmuru, multmilyoneri,
Artıq tapındığı, ali and yeri
Şəhidlər ruhudur, bu xiyabandır.
Azadlıq önünə sərilən candır.

Hamı tökülmüşdü bu yola sarı,
İzdiham örtmüşdü, səki, yolları
*********


Xalqimin qəlbinə sancilan bir ox.
Biləni az, deyəni çox.
Tək anim gününde anılılr bunlar
Pafoslu çıxışa qarnımız da tox!
Yox! Bu menim xalqimin qan yaddaşi yox.
Azadliq gunudur!
Xalq kölə olmasin,
Sinələr dolmasin dərdlə qubarla
Axişdi millətim meydana arla,
Azadliq adında qutlu şüarla.
Və... Həmin azadlıqdır.
Dillərə dastan olacaq böyük azadliq!
Tankin əzdiyi koləliyimdi,
Mərminin vurduğu ezilmiş mənlik.
Tər təmiz olkə
min təmiz günüyçün
Töküldü o qanlar torpaqlarıma.
Yenə də torpağın dar məqamında
Menim qanım olacaq düşmənə dəniz.
Qarabağ uğrunda oləcəm bir gün.
Düşmən öz qanımda boğulacaqdir.
20 yanvarda boğulan kimi.
19 yanvar 2012....

Azərbaycana gəlsin



Süleyman Rüstəmə günümüzün cavabı

Günün günortasında, çökmüş bura qaranlıq.
Zülmət görmək istəyən, Azərbaycana gəlsin.
Bir həyat keşməkeşin, düşünmədən bir anlıq,
Əlbət , görmək istəyən, Azərbaycana gəlsin.

Qoy getsin uzaqlara, hörmət görmək istəyən, 
Yardım görmək istəyən, şəfqət görmək istəyən,
Mərhəmətə ehtiyac, ülfət görmək istəyən.
Nifrət görmək istəyən , azərbaycana gəlsin.

Bizlərdən üz döndərib, qış da, boran da, qar da.
Neft ölkəsi deyirlər, imzamız var , imzalarda.
Bu millətin özüdür, zorlanır torbalarda,
Şəhvət görmək istəyən, Azərbaycana gəlsin!

Beş-altı nazir yığıb, pulu, varı özündə
Elə təkcə onların, təbəssüm var üzündə,
Damlalanır arzular , körpələrin gözündə
Dəhşət görmək istəyən Azərbaycana gəlsin.

Məmurları rüşvətxor, əsgəri bit daşıyan,
Əlilləri küçədə, zombilərə oxşayan,
Milyonlar ölkəsində, dilənçi tək yaşayan
Millət görmək istəyən, Azərbaycana gəlsin.

Bu təb mənə, yoxsulun, ahu-zarından gəlir.
Məmurun rüşvətindən, pulu, varından gəlir.
Nə gəlirsə başına, məmurlarından gəlir,
Rüşvət görmək istəyən, Azərbaycana gəlsin!