This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!
Showing posts with label meqale. Show all posts
Showing posts with label meqale. Show all posts

9.8.18

Murad Köhnəqalanın simpatik "düşmənçiliyi"!

Son günlərdə blogger Mehman Hüseynovun anasının vəfatı ilə bağlı gündəm materialları sosial şəbəkələrdə bəzi jurnalistlərin mövzu ehtiyaclarını tam təmin etdi. Demək olar ki, 24 saat ərzində bütün statuslarda Mehman Hüseynov var idi. Həmin gün, mən evdə olduğumdan azadlıq radiosunun canlı efirində yas mərasimini seyr edirdim.
Mehman Hüseynovun gəlişi, yaxınları ilə görüşməsi və üz mimikası, onu heç də yasa gələn, və hətta anasının yasına gələn insan kimi göstərmirdi. Mehman Hüseynovun sifətində o qədər pozitivlik sezilirdi ki, Azərbaycan dilini anlamayan tamaşaçıda elə təəssürat yaranardı ki, Mehman ən doğma birinin toy məclisinə gəlib həpsxanadan. Hətta mən belə bir qənaətə gəldim ilk öncə.
Bir müddət aparıcı ilə danışdıqdan sonra (mövzunun nə olduğunu anlamadım, videonu təqdim edərəm) gülməyə başladı. Həm də hər hansısa bir yaxını ölmüş insanın yanında elə gülüş sadəcə tərbiyyəsizlik olardı. Söhbət isə burada öz doğma anası ölmüş bloggerin özünü aparmağından gedir.
Başa düşürük, bu millətin qəhrəmana ehtiyacı var. Taleh Bağırov, Yunis Səfərov, "Abubəkr " Abutalıbov kimi şəxslər necə ki, ayrı-ayrı qrup insanların qəhrəmanı oldu, Mehman da bəzi vətənkeşlərin hətta Muradın təbirincə desək, siyasitəkərqaraldanların qəhrəmanıdır. Bu qrupların müqəddəslərinə çevriliblər. Bunlara haqlı ya haqsız heçnə demək olmaz, etiraz etmək olmaz kimi təəssürat yaradırlar.
Doğrusu Mehman Hüseynovun fəaliyyətindən heç də məmnun deyildim. İçəriyə hansı maddələrnən atılmağını da bilmirəm. İzləyicisi deyiləm, fanatı deyiləm və düşüncəsinə qarşı da deyiləm.
Bunu deyə bilərəm ki, Mehman Hüseynovun anasının dəfnində sərgilədiyi davranış, yumşaq desək sadəcə utancvericidir.

Mən bu yazıda nümayiş etdiyim mögedən dəfələrcə mülayim, mədəni və həssas mövge bildirən gənc aydın, yazıçı Murad Köhnəqala niyə xalq düşməni elan edilsin ki?
Adam haqlı olaraq yazıb ki, ayə, qoyun! Ananın cənazəsinə gəlmisən. Vecinə deyil? Olmasın qardaş! Heç olmasa -"Camaat nə deyər, prinsipi ilə bir az kədərli sifət al.
Bundan gözəl ibarə? Buna sadəcə alqış etmək lazım idi.
Bizim millət küyə gedəndir. Məntiq işlətmirlər, beyin yormurlar. Kim nə deyir, baş üstə deyib arxasıycan gedirlər. Elə buna görə də biz , ölümə, işgəncəyə, zülmə və zorlanmaya məhkumuq.
Bizə bu da azdır.
Sizə sözügedən videonu təqdim edirəm!

2.8.18

Həqiqət Söyüşü ,Mədəni Yalançılıq!

Son zamanlar, hökumətin (oxu. iqtidarın) şərəflə sinəsinə döyüb öyündüyü iş yerlərinin böyük bir faizi fərdi evlərin tikintisi ilə məşğul olan usta və fəhlə heyətini təşkil edir. Deməli Azərbaycanda vəziyyət aşağı-yuxarı belə götürülür.
1. Azərbaycanda hüquqi şəxslər kimi fəailiyyət göstərən bir çox dövlət qurumların ümdə vəzifələrində duran şəxslər-Bunlar Nazirlər, müavinləri, İcra başçıları, qurum rəhbərləri və s.
bunlar sözün həqiqi mənasında bəy kimi yaşayanlardır.
2. Bunların himayədarıq etdikləri dekont şirkət sahibləri, geyri-leqal fəaliyyətdə olan firmalar, hansı ki, bunlar yalnız kağız üzəridə qeyd olunur, əslində mövcud deyillər.
3. Bunların işlərini aparan yeni tip, "maşennik"lər. Bunlara da aid edilir, "zepşək"lər.
Burada "maşennik" və ya "zepşək" təbirinin açıqlamasını verməyə çalışacağam.
Kimdir maşenniklər?.

Əsas vəzifələri bu oleqarxların tikinti sektoru ilə məşğul olan insanlardır ki, yalan olmasa, bunlar həmin oleqarxlardan çox pul qazanırlar.
Necə???
 Fəhləni həmin şəxslərlə bir giymətə danışıb, 50% ucuz işlətməklə, usta (bənna, elektrik, santexnik, kosmetik, suvaqçı və s) heyətinin gördüyü işlərindən faiz tutmaqla. Ən çoxu isə material alışından qazandığı pullardır. Bu şəxslərin əsasən evləri möhtəşəm olmur, maşınları ya ucuzundan olur, ya da ümumiyyətlə olmur. Bu da özlərini maskalandırmaq üçün aparılan siyasətdir. Bunlar əsasən, yəni mütləq əksəriyyəti yalançılar olur.
Allah eləməsin ki, oleqarx olmayan, öz halal zəhməti ilə pul qazanıb, illərlə yığıb, toplayan bir vətəndaşın bu maşenniklərə işi düşsün. O dəqiqə başlayacaqlar, fiziki, riyazi, kimyəvi və biotexniki hesablamaların anasını ağlatmağa ki, sizin tikdiyiniz, maksimum 9-10 metr hündürlükdə olan evinizin daş, dəmir sement kanstruksiyalarının xüsusiyyətləri bu keyfiyyətə cavab verir.

 "Yüksək keyfiyyətli metal konstruksiyalar, yüksək markalı dəmir-beton materiallar vəs." Sual oluna bilər ki, bunların xeyri nə olur?
Yüksək keyfiyyətə malik olmaq yüksək büdcə hesabına olur. Bu danılmaz faktdır. Yüksək keyfiyyət normalarına uyğunlaşdıraraq öz el dili ilə desək "kitayski" mallarını bunlara maksimum ucuz giymətə soxuşduran işbazlar sayəsində qazanılanlar qulaq çatladır. Təbii ki, bunları eləmək üçün, maksimum, ziyankar, qəddar, uzaqgörən, hiyləgər və bir o qədər də həyasız və yalançı olasan.
Saydığım bu xüsusiyyətlərini ğzünüzdə görürsünüzsə, demək ki, siz də gələcəyin milyoneri adına namizədsiniz.
Yalanı da gərək çalışasan ki, elmi dil üslubunda, qulağa harmoniya verən, daha kibar və mədəni deyəsən. Əks halda səni ilk yalanında tutub eşşək balası kimi çırpıb tavana qoyarlar.

Amma sadaladığım kimi yalançı olsan, sənin üzünə belə söyüş söyməyə utanıb, arxanca döşəyəcəklər.

Mənə görə isə həqiqətə uyğun söyüş söymək, mədəni yalandan daha etikdir.

Bəs Zepşəklər kimdir?

Ən azı bu maşenniklərin xüsusiyyətlərinə malik olub, onları bildiyi halda, göz yuman, və lazım gəldiyi halda bildiklərini kozer kimi istifadə edən işbazlar.

Sizə qardaşyana məsləhətim. Heç birindən olmayın! Olmaq zorunda olsanız da, maşennik olun, zepşək olmayın!

4.7.16

Saqqalı Cahillər

İllər öncə bu rüzgar, döymüşdü məsumların qapılarını. Lap illər öncə. Bizdən çox uzaqdakı məmləkətlərdə. Ölümü belə, şərəfsizləşdirən şərəfsizlərlə.İslamla, müsəlmançılıqla maskalandırdılar ölümü. Cihad adı verdilər ona.

Allah üçün öldürdüklərini söylədilər. Həm də hər şeyi "Ol" deyib, yaradan Allah üçün. Əcəba, onların "Ol" komandası ilə yaradan Allah, "Yox Ol!" deyə komanda verə bilmirmi? Və yaxud, bu cihadları, ağlında cənnətdəki seksi və xoş güzəranını fikirləşən cavanlar dərk edə bilmirlərmi? Dərk edə bilirlər amma başları o qədər cənnətdəki hurilərə qarışıb ki, digərlərini fikirləşmələrinə vaxt tapmırlar.

Nədir bu çirkinliyin özü? Özülü?

Təsəvvür edin ki, onların məntiqincə desək, bir kafir, 10 min nəfərin olduğu bir tadionun, bir terminalın, bir konsert salonunu içindədir. Otururlar, fikirləşirlər ki, o "kafiri" öldürmək üçün bulunduqları yeri, partlatmalıyıq. Bir səy seçirlər, ona həyatı mənasızlaşdıran,"bir quran" (leksikologomuzda çox söz mənasında işlənir) danışdıqdan sonra, bir simvolik taxta qaşıq maketi (guya Məhəmməd Peyğəmbərlə yemək yeyəcək) bir dənə də açar asırlar boynundan, bağlayırlar ona bombanı, göndərirlər ora. Təsəvvür edin onun düşüncəsini. Bir bombanın ipinə bağlıdır onun cənnət sərgüzəştləri. Pornoqrafik huriləri, Peyğəmbərlə üz-üzə yemək xəyalı. Allahım, necədə saf, pak, ümidverici bir xəyaldır. Mən də olsam, edərəm.
Keçək partlatma mərasiminə.
Qurbanlar gəlib ünvana çatırlar, həmin "kafir"(llər)ə uzaq bir məsafədə, bombanın ipini çəkir. Nəticədə, yüzlərlə onunla eyni fikirdə olan müsəlmanların ayrılıb, parçalanmış əzaları o sözdə kafirə ətdən qoruyucu divar olur. Nəticədə onların hədəfdən başqa hamısı ölür.

Əcaib olanı bilirsiz nədir? Biz bu məxluqlarla, eyni dövrdə, eyni ortamda, eyni iş yerində mütəmadi üz-üzə gəlirik, danışırıq. Deyib gülürük. Onların qıldıqları namaza "Allah qəbubul etsin" deyirik, saxtakarcasına. Dualarına "Amin", özlərinə və üzlərinə qardaş deyirik. Erməniyə "dayı" dəmək məsəli.

İkinci ən acınacaqlısı isə odur ki, orda bədənini bir heç uğrunda parçaladana, burada dərin həsəd və sevgi bəsləyirlər. Hətta qısqananlarını da gördüm, anasını satım....

Amma, islam teror deyil, əsil islam o deyil, onlar müsəlman deyil, terorun dini yoxdur kimi şablom cümlələrlə gözümüzü də bağlaya bilirik.

Səbrimiz bol olsun!

26.4.16

"Təpəsi bəlalı LƏLƏ"




Hər şey 2 apreldə Lalə Azərtaşın ATV-dəki Xəbərlərin Xüsusi buraxılışı ilə başladı. Başlıq, nəyə desəniz dəyərdi. Ordumuzun uğurlu əməliyyatı
Lalə xanımda o qədər həyəcan və sevinc hissi var idi ki, Bütün diqqətləri üzərinə çəkmişdi. Dudaqlarının titrəməsi, arada həyəcan səbəbi ilə ona tapşırılan teksti düzgün ifadə edə bilməməsi, qətiyyən tamaşaçılarda əvvəlki, imaalı qınamaları qabartmırdı. Bir hiss yaradırdı insanda özünə qarşı. Dilinə qurban, tez verin də bunu. Və Lələ Təpə tamami ilə Azərbaycanın nəzarəti altına keçmişdi.
Bir vətəndaş olaraq biz də buna qeydsiz qala bilmədik. Ertəsi gün, uğurumuzun canlı şahidi kimi hadisə yerinə üz tutduq. Uzun bir yolçuluqdan sonra vardıq Ağdam rayonuna. Məqsədimiz, Lələ Təpəni görmək, Talış kənddə bir foto çəkmək, kasıb amma tam ürəkdən gələn pay aparmaq igidlərimizə. Məqsədimizə tam nail ola bilməsəkdə, tapdığımızla yetindik. Yol boyu, girdiyimiz iaşə obyektlərin önlərində, Müdafiə Nazirliyimizin Hərbi Sirri Yaymaq barədə Qanun yapışdırılmışdı.
Bir şeyi nəzərdə saxladıq ki, hərbi hissələrə məxsus texnika və şəxsi heyyətlə video və foto kadr edə bilmərik.
Bunları oxuyanda üzüldük təbii ki, cəsurlarımızla bir yadigar foto saxlaya bilmədik. İşin bu hissəsi üzücü olay idi. Digər tərəfdən, bunlara qəhrəman əsgərlərimizin təhlükəsizliyi naminə qatlanmalı idik. Buna bizi məcbur edən yox idi. Özümüz bilirdik ki, biz ora özümüzün reklamı üçün yox, vətən sevgisinə görə üz tutmuşduq.
Özümü çox tərifləməyəcəm. Ağdam Rayonun Baharlı, Çəmənli kəndlərində bir-iki şəkil çəkib, telefonumuzu münasib ciblərimizdə saxalyaraq bacardığımız qədər irəliyə üz tutduq.
Bizimlə yanaşı, şou-biznes nümayəndələri də getmişdilər. Əhsən deyib, vətənpərvərliyinə alqış da edirik. Burada çoxlu adlar var idi. Elton , Manaf, Xatirə, Elnur və digərləri.
Qayıdan baş, öz instagram səhifələrində, bütün postlar, Maddi Texniki Təminat, Texnikaların nömrələrinə kimi, sayına qədər, durduğu mövqelərinə qədər hər şey açıq aydın paylaşılmışdı.
Düzdür, onsuzda ermənilərdən alınan mövgelər idi oralar. Amma hər şeydən öncə, müharibə şəraiti, və hərbi sirrə nəzarət olmalı idi. Bizə edilən kimi, polis və DTX-nin əməkdaşları onları da yoxlamalı, telefonlarına nəzarət edilməli idi. Əminəm ki, bizdə axtardıqları hər şeyi onlarda tapa bilərdilər.
Məqsəd, bizi yüksəldib, onları alçaltmaq deyil. Məsələ, onların özünü reklam etməsidir. Tolik adlanan məxluq, öz səhifəsində bir foto paylaşmışdı. "Talış kənddəyəm"
O fotonu görəndə bir kəlmə rəy verə bildim. Onu da fotonun altında yox. Öz ürəyimdə. Yalançının atabatasına lənət. Tolikin özünə yox ha, Yalançının. Çünki, Talışkənd hələ də işğal altındadır.
Məhşurların bu LƏLƏ TƏPƏ məcarələri Lələmizin Təpəsinə kül tökməyə yetdi.
Bu yazını yazmağımda məqsəd isə, belə incə məsələlərdə, daha diqqətli və həssas olmalarını diqqətə çatdırmaq  idi. Hər şeydən pear güdməyin, Hələ ki, bu belə həssas mövzudursa....

23.4.16

Talış və STAN




Yuxarıda verdiyim iki sözcük. Daha doğrusu, söz və şəkilçinin (Talış- azərbaycanca, əsli Kaduslardan gəlmiş fars dil qrupuna aid olan xalq-TOLIŞ, stan-türkcədən çevirəndə vəziyyət, şəkilçi kimi artıranda ölkə mənasını verən fars sözüdür) Talışlara yaxından və uzaqdan  heç bir əlaqəsi yoxdur.
Məsələ buradadır ki, yuxarıda hissə-hissə verdiyim o sözün yəni TALIŞISTAN sözünü gündəmə gətirən və özünü mənim xalqımdan olan bir şəxsin fikirləri həmin xalqın yəni bizlərin fikirlərimizlə üst-üstə düşmür. Bu barədə daha geniş açıqlama geyd edəcəyəm. Amma əvvəl xırda da olsa bildiriş verim.
Əlikram Hümbətov Ələkbər oğlu.
Kimdir bu Əlikram?
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini vəzifəsində işləyir.
O, 1948-ci ildə Lerik rayonunda anadan olur. Azərbaycan Politexnik İnsitutunu bitirir.
Lənkəranda bir müddət avtonəqliyyat müəssisəsinin direktor müavini işləyir.
Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri olur. Bir az insan tərəfdar yığandan sonra özünü siyasətçi zənn edib, Respublika yaratmaq eşqinə düşür. Lap doğru ifadə ilə desək Muxtar Respublika yaratmaq istəyir. Talış-Muğan-Muxtar Respublikası.
Anti-Sovet iğtişaşları zamanı,qarışıqlıqdan istifadə edərək, 10 gün Lənkəran şəhərin başında dayanır.
Salyan inzibati rayonunda bir post-keçid məntəqəsi qoyaraq, Talışların kompakt yaşadığı əraziləri tərk etmək istəyən talışları geri dönməyə məcbur edir, təslim olmayanları isə güllələtdirir. (Əhalinin dilindən eşitdiklərim-red)
1996-cı ildə məhkum edilir,2004-cü ildə əhv edilir. 2005-ci ildə ölkəni tərk edərək Hollandiyaya sığınır. 2013-cü ildə Ermənistana qondarma Talış-Muğan Respublikasının prezidenti kimi səfər edir. Orada bir sıra dövlət rəsmiləri ilə görüş keçirdərək Tlışların kənarlaşdırıldığından, ayrı-seçkilik edildiyindən, güzəranımızın pisliyindən gileylənərək, Sarksiyan üçün bir xeyli ağlayandan sonra ora sığınır, İrəvan Dövlət Universitetinin Farsşünaslıq fakultəsində Talışşünasliq bölməsi yaradaraq ermənilərə Talış dilinin öyrətməyə başlayır. Erməni xalqı da bir az gicdi axı, bu dilin əlifbasını soruşmadan-etmədən (soruşsaydılar, cavab verə bilməzdi yəgin-red) dili öyrənməyə başlayırlar.
Ermənilər Azərbaycana qarşı ən xırda neqativliyi dəyərləndirdikləri üçün, bunu  fürsət bilib, nəyi var maddi yardım göstərirlər. Bu da etməyib tənbəllik, özünə dayaq durmaq üçün, Masallıdan olan və Sankt-Peterburqda yaşayan, amator kamera ilə özünə Youtube sosial şəbəkəsində efir yaradan Zabil Mədoj adı altında fəaliyyət göstərən Zabil Məhərrəmovu maliyyələşdirir. O qədər maliyyələşdirir ki, Zabil "Zabil Tv"-nin efir vaxtı və əhatəsini genişləndirərək "Talışıstan Tv" adi ilə ortalığa çıxardır.
Başlayır, Azərbaycanın arxasınca damğalamağa.
Bu da, cahil, savadsız Azərbaycan türklərini Talışlara qarşı kin qusmağa məcbur edir. Əslində bu ikili, bunu istəyir. Bu proses baş verdikcə, bunların dəyirmanları işləməyə başlayır və biləvasitə, ermənilərə pullarının hədər yerlərə sərf olunmadığının isbatını verir.
Bir az da bu Talışıstan Tv-dən danışım. Efir xəbər və mədəniyyət üzrə fəaliyyət göstərir. Adının belə doğru olmadığını yuxarıda geyd etmişəm. Adının düzgün olmadığı bir televiziyanın içindəkilərin, məntiqi nəticəsini yəginki özünüz bilirsiz. Amma mən yenə də deyim. Aparıcı Zabil Mədoj iddia edir ki, talış dilində danışır. Amma mən bir talış olaraq, dediklərini tam anlamıram. Çünki, ifadə etdiyi sözlərin əksəriyyəti fars (60 %) Azərbaycan (30%) və Talış (9%) və mən.əyini belə anlamadığım (1%) dildə danışır.
Misal: Im rüjnə bərnamə çəmə xaq şairi Əli Nasiri 60 sornə yubleyi haqqədə bəbe.
Tərcümə: Bu günlük program bizim xalq şairimiz Əli Nasirin 60 illik yubleyi haqqında olacaq.
Bildiyiniz kimi burada Yubiley, Bərnamə və Xalq şairi sözü talış dilində deyil. Fars (Bərnamə) və Azərbaycan dilindən istifadə edir.
Bu isə o deməkdir ki, bunun Talış xalqına heç bir dəxli yoxdur.
Bunu izləyən talışlardan duyarlı olmasını arzu edirəm. Azərbaycan Türklərinə isə demək istəyirəm ki, biz bu torpağın övladıyıq. Üç rəngli bayrağımızın al-qırmızısında Pəncəlilərin, Rəhmanların, Bakirlərin, Çinarların, Agillərin və minlərlə başqa şəhidlərin qanı var. Zabillərin zibilinə düşməyin!

2.1.16

Əxlaq, namus nə deməkdir?


Namus, bir kişi üçün onun ailəsi, anası, bacısı və ya həyat yoldaşı deyil. Namus sözü ərəb mənşəlidir. Azərbaycan dilində isə, bir toplumun (şəxsin deyil, toplumun) əxlaq qanunlarını ifadə edən doğruluq, dürüstlük mənasındadır. Əslində, islamdan öncəki, yunan dilində də bu sözə rast gəlinir. Tövratda "Tora Namus" ifadəsi istifadə olunub ki, bu da "düzən" mənasını verməkdədir. Ayrıca, talış, urdu, kürd və fars dilində də bu sözün "dürüstlük" mənası daha ciddi göstərilir.
Namus anlayışı bir çox toplumlarda kişinin ailəsini qoruya bilməsi və ər evinə bakirə yola salması kimi bir öhdəlik verməsi qaçınılmazdır. Bizim burada toxunduğumuz mövzu bakirəlik və namusun nə dərəcədə bağlılığını aydınlatmaqdır. Bunun üçün namus kəlməsini bir az daha eşələmək və dibinə enmək lazımdır. Yazıda bir çox mənbələrdən istifadə edəcəyəm. Dini və dünyəvi məsələlərə toxunaraq.
Namusun cəmiyyət üstündə yönümlü təsiri dövrümüzdə ucqar kəndlərdə daha çox özünü biruzə verməkdədir. Şəhərləşdikcə namusun qavramı itmir. Sadəcə ailənin anonimliyi qorunmuş olur. Bu cümlədə demək isdədiyim odur ki, şəhərdə namus obyekti kimi gördüyümüz qızların daha açıq-saçıq geyinə bildiyinin fərqinə varmış oluruq. Kəndlərimizdə isə bu qəbuledilməz olaraq dərk edilir.
Bir qadının dizləri görsənirsə, onu namussuz kimi qələmə verən cəmiyyətin əhatəsindəyik. Əslində, qadının diz nahiyyəsindən yuxarı hissəsi elmdə erogen zona kimi qəbul edilir. Məlum toplum və dinin təsiri isə erotik nahiyənin görsənməsini rədd edir. Bunlar qulağa xoş gələn amillərdir. Gəlin, bunun ictimaiyyətə mənfi təsirləri olan xüsusiyyətlərinə toxunaq.
Namus bir qadını bir kişidən qorxmağına gətirib çıxardır ki, heç bir tolerant olan insan buna razı ola bilməz. Ən azından ona görə ki, yetişkin yaşda olan qızlar namusun fərqindədirlər. Təbii ki, bir qismini çıxırıq ki, hər bir cəmiyyət üçün normal olan amildir.
Yuxarıda qeyd etdiyim amildə, qadının özünə hakim ola bilməməsi kimi bir amil çıxır ortaya ki, bu da qadını ailəsindən kənarda hansısa iş görməsini və hətta ailəsindən uzaqda qalmasını belə, imkansızlaşdırır.
Buna görə də, qadınların işləyə bilmədiyi və ailənin maddi durumunun aşağı olduğu bir cəmiyyətə sürüklənirik. Burada problem tək qadınların işləyə bilməməsi ilə bağlı deyil. Kişilərin işlədiyi iş yerlərində mini ətəkli qadın görməsi də kişinin yoldaşına xəyanətinə yol açır. Bu o demək deyil ki, kişi gördüyü o mini ətəkli qadınla yoldaşını aldadır. Alternativ qadınlarla ailəsinə xəyanət edir.
Hətta bu namus anlayışının o qədər mənfi təsiri var ki, şərq toplumların əksəriyyətində zorlanmış bir bakirə qızı ya öldürərək təmizləyirlər, ya da intihar halına gətirəcək qədər ictimai qınaq tətbiq edirlər. Buna görə də namusuna bilərəkdən və ya bilməyərəkdən qurban gedən qadınların sayı ildə 10 minləri ötməkdədir.
Tibbə də məlumdur ki, bakirəliyin pozulması zamanı çox az qanama ola bilər və ya heç olmaya bilər. Bunu fərqinə varmadan toplumumuzda müəyyən səbəbdən bakirəliyi pozulmuş (bu cinsi əlaqə zamanı pozulmuş qızlıq pərdəsinə aid deyil) qızlarını namussuz kimi qələmə verib, əhatəsində alçaltması prosesləri baş verir ki, bu da bir gənc qızın cəmiyyətdən uzaqlaşmasına səbəb olur.
Deyəsən, namusun anlamını tam anlatmış oldum. İndi gələk yazının əsas məqsədinə.
Yazdığım və sadaladığım bütün vasitələri toplum olaraq qeyd etdim. İndi isə evlənmiş və ailə içi məsələlərə görə ayrılan xanımlara göstərilən "namussuzluq" təpkisindən danışım.
Azərbaycanda evlənib boşanan kişi təkrar bakirə qız axtarışında olur. Qaldı ki, subay bir oğlan evlənib boşanmış qızlar ilə evlənsin. Bunu əsas götürərək irəliləyən cəmiyyətimizdə külli miqdarda evlənib boşanmış və ya dul qalmış qadınların tənhalığına rast gəlirik.
Bağışlayın, mən buna namuslu kişi adı verə bilmərəm. Hər bir mini ətək geyinmiş xanım namussuz deyil, necə ki, bürünmüş bir qızın namuslu olmağına zəmanət verilmir. Hətta büstqastersiz köynək geyinən qız da namussuz deyil. Namus geyim və bakirəliklə bağlı olan bir şey deyil. Namus qadının yoldaşına sədaqətidir. Cinsiyyət orqanını namus olaraq bəlirtən bir toplum isə psixi xəstədir. Mənim köhnədən bir cümləm var idi. O cümlə ilə yazımı yekunlaşdırmaq istəyirəm.
Mən əxlaqsızam! Çünki namusun hansısa tikiş fabrikində istehsal olunmasını qəbul etmirəm.

1.1.16

Gününüz Mübarək dostlar!





Daha bir yarpaq düşdü ömür ağacınadan.

Bu sözü əslində ad günlərində istifadə edirlər. Ad günləri ilə ömürlərini biçimlənirirlər. Əslində hər keçən gün, ğmür ağacınızın bir yarpağıdır. Hər açılan səhər bir yeni səhifədir ömrümüzün. Bu isə daha fərqli bir gündür. Bir il gedir, arxasınca yeni bir il gəlir. Gündəmləri tarixə yaza biləcəyiniz bir il. İlin yenilənməsinin üstünlüyü də burdadır. Heç vaxt düşünmədiyiniz bir an gələr və siz onu dünya əhəmiyyətli bir tarix kimi yaddaşa yazmağı bacararsız.
Pozitiv ayılaq səhərə. İndi sual edəcəksiz ki, necə pozitiv olaq?
Bilirəm, xəbərim var Azərbaycanda olanlardan. Maddi vəziyyətin bizi sıxışdırmasından xəbərim var. Məndə sizin əksəriyyətiniz kimi, son ümidlə nisyəyə yol tapdığım Marketə 80 manat borcla girdim yeni ilə. Məndə əksəriyyətiniz kimi övladıma hər sezon üçün ancaq ala bildiyim sezon paltarını nisyə almışdım və  hələ verə bilməmişəm. Məndə əksəriyyətiniz kimi günortaya axşam bişirdiklərimizi qızdıraraq təkrar yedikdən sonra axşama çörəyi haradan ala biləcəyimi düşünərək yazıram bu yazını.
Buna rəğmən pozitiv olaq. Bunlara inad. Özümüz üçün bir hesabat yazaq. 2015-ci il nə verdi bizə, nə aldı bizdən? və ya kimi verdi bizə? Kimi aldı bizdən? Nə edə bildik? hansı uğurları qazana bildik, fərd olaraq?
Bu siyahınızı özünüzdə düzəldə bilsəniz rahatlayacaqsınız. Daha pozitiv olmağa stimol olar.
Oxuduğunuz kitablardan siyahı düzəldin, oxuyacağınız kitablar üçün də bir siyahı not alın.
Nədən təsirlənə bildiniz, filan-filan. Bu gün devalyasiya haqqında fikirləşməyin. Telefonunuzun da səsini alıb bir köşəyə atın. Yada mənim kimi. Uçuş rejimini qoşub verin uşaqlarınıza qoyun oynasın özü üçün. Lap balacaya verin. Çırpsın divara, atsın yerə, filan...
Bu gün bank sizi yığa bilməsin gecikdirdiyiniz kreditə görə. Heç qonşular, qohumlar da narahat edə bilməsinlər şablon təbriklərlə. Özünüzlə üz-üzə qalın. Özünüz üçün özünüz olun.
Bu il, hansı teatrlara, hansı sərgilərə gedə biləcəyinizi qeyd edin. Çevirin bir mahnı kanalı televizorunuzda musiqi dinləyərək edin bunu.
İşsizliyi düşünməyin. Bu gün düşünməyin. Özünüzü hipnoz edərək bu gün dünyanın ən xoşbəxt adamı kimi qələmə verin bu gün. Sevgilinizə, sevdiyinizə vaxt ayırın. Sarılın ona. Sevdiyini söyləyin. Kişilər yoldaşına bir fincan çay süzsün. Hətta başqa işlər görsün. Əmin olun ki, bu sizi durduğunuz mövqedən qat-qat yüksəklərə yüksəltəcək.
Bir gün mehriban olmağı bacarın. Azərbaycanla demirəm. Praktik olan bir durum da deyil zatən. Heç olmasa ailənizlə həmrəy olun. Əslində ailə və ətrafınızla rəmrəy ola bilsəniz, bütün ölkə də həmrəy olacaq.
Bu həmrəylik mövzusuna özünüzü çox da adaptə etməyin. Çünki, bir varlı ilə bir kasıb əəsla həmrəy ola bilməz. Heç olmasa ailənizlə həmrəy olun. Gününüz Mübarək, Əzizlərim!

30.12.15

Əxlaqsız MASA


Əxlaqsız MASA... Cəmiyyətin israrla qəbul etmədiyi, kənarlaşdırdığı, alçaq tutduğu, qınadığı və anormal saydığı qədim bir “peşə” - fahişəlik! Kökü qədim dövrlərə dayanan bir pullu xidmət növündən söz edəcəm. Dolanmağımız üçün müəyyən məbləğ qarşılığı hansısa işlər, xidmətlər görməliyik. Kimisi fəhləliklə, kimisi sahibkarlıqla, kimisi xadiməliklə və nə təəssüf ki, kimisi də fahişəliklə pul qazanır... Bu mövzuda yazı yazmağı düşünəndə iki-üç fahişəylə görüşməli, onları səmimi və ya geyri-səmimi olmaqlarından asılı olmayaraq dinləməliydim. Yazılar reallıqdan yazılanda daha effektli alınır. Yazıdakı məqsədim isə kimisə düz yola çəkmək deyil (Bu inanılmazdır ki, fahişə bir köşə oxusun və fahişəlikdən əl çəksin). Mən əyri yola sapmaq istəyənlərə bir “yol xəritəsi” cızmaq istədim... İş yoldaşlarımdan birindən fahişə nömrəsi istədim. Nömrəni yığanda səs izdihamlı bir yerdən duyulurdu. Telefonu götürən xanım “evin yerini bilirsənsə, gəl, bilmirsənsə, 100 manat götür, gəl İçərişəhər metrosunun önünə” - deyib telefonu üzümə bağladı. Elə də elədim. İçərişəhər metrosuna çatanda təkrar nömrəsini yığdım. Söndürülmüşdü... Çoxsaylı cəhdlərdən sonra zəng getdi və bu dəfə bəlağətli, qulağa xoş gələn azyaşlı bir qızın səsi gəldi. Telefon söhbətimizi tam yazıram: - Xanım, salam! - Salam; - Sizinlə bayaq da... - Gəl. - Deyirəm ki, gəlmişəm, dediyin yerdəyəm. - Gözlə... Dud-dud-dud... Hardasa 10 dəqiqə keçdi. Havanın soyuq olmağına baxmayaraq qısaqol köynək, qısa balaqlı şalvar (bu, şortik deyildi) və belinə adidas pencək bağlayan, gözəlliyi solmuş, kobud bir təbəssümlü, boyu təqribən 167-170 sm qədərində olan, uzun və qara saçı arxaya dağılmış, ağ bənizli, normal köklükdə bir xanım yaxınlaşdı. -Salam. Biz haçansa görüşmüşük? - Yox. - Gedək… Ağır addımlarla “xanım”ın arxasınca gedirəm. Xanım sükutu pozur. - Saatım 50 manatdır, hər növdə xidmət etmirəm. Yalnız ənənəvi qaydada əlaqədə oluram. Gecə 200 manatadır, amma məkanı siz seçməlisiniz. Burda sözünü kəsib deyirəm: - Mən sizinlə “kravat” yox, masa arxasında görüşmək istəyirəm. - Hmm, bildim hansı pozanı deyirsiniz? Mənim də xoşum gəlir o pozadan, rahat … bilirəm onda. - Dur bir dəqiqə! Sən fahişəsən , tamam, seksdən başqa mövzun yoxmu danışacaq? Nə pozası? Söhbət etmək istəyirəm, söhbət! - Söhbət üçün evə niyə gedək ki, elə parkda söhbət edərdik də. (gülür) Mən söhbət-zad fikrində deyiləm. Müştərilər gözləyir. Səndən xeyir görsənmir. Hadi yoluna. Mən də xidmətinin haqqını verəcəm. Bir müştəriyəm. Yarım saat vaxtını alacam və qarşılığında pulunu verəcəm. - Onda bir kafeyə gedək! - Gedək... Bir kafeyə giririk. Nə istədiyini soruşuram. Bir bakal pivə və 100 qram araq istəyir, Eynisini mən də sifariş edib kabinetə yollanıram. O deyir, mən başlayıram qeyd etməyə. Qarsonun gətirdiyi 100 qram arağı pivənin üstünə endirib, aram-aram içməyə başlayır. - Adım Günel. Sevgi adında bir rəfiqəmin d0ğum günü idi. İsrarla dəvət etdi, getdim. İçəridə ancaq gənc qızlar və oğlanlar var idi. Musiqi mərkəzində xarici mahnı fonunda oynayan kim, siqret çəkən kim, süfrə arxasında yemək yeyib içki içən kim... Bakallarımız boşalır, “Qarson, zəhmət deyilsə, yenidən doldur deyə sifariş verir” və mənə baxaraq əlavə edir: “Sənə də?” Cavab verirəm: Araqsız! Hə, harda qalmışdıq? Deməli belə... Mənə də bir stəkan sprite (sprayt) süzdülər. O suyu içəndən sonra bir çılğın ehtiras bütün bədənimi bürüdü. Sifətimin qıpqırmızı qızardığını hiss edirdim. Heç vaxt belə ehtiraslanmamışdım. Yəqin, suyun içinə dərman atmışdılar. Sonra Sevgi mənə göy rəngdə bir həb verdi. Artıq heç nəyə etiraz etmək hayında deyildim. Həbi atdım. Səhər açılanda isə bakirəliyim də ölmüşdü, qürurum da... Ondan sonralar isə sadəcə bədən tələb edir deyə çeşidli adamlarla cinsi əlaqəyə girdim və çeşidli narkotikdən istifadə etməyə başladım. Bir də ayıldım ki, bir yazıçıya müsahibə verəcək qədər yüngül əxlaqlı, (əlini cibinə salıb 50 manat pul çıxarır) mənliyimi buna görə satan adi bir fahişəyəm... (süni təbəssüm alır, və çıxır) Bir az donub qalıram. Pivəni bitirdikdən sonra qarsona yaxınlaşıb hesabı soruşuram. 
- Ödənilib, dedi.

29.12.15

Ədəbiyyat bazar deyil!

Şair bazarı...





Son zamanlar müasir Azərbaycan ədəbiyyatında şairlərin sayı durmadan artır. Artım o qədər güclüdür ki, bir iki cızma qara edən və ürəyində keçən söz toplusunu arda-arda yığıb, bunu şeir kimi az reytinqli internet medialarına təqdim edirlər. Bu medialar da, redaktəsiz və korrektəsiz həmin söz toplusunu "filan gənc şairin yeni şeirləri" başlığı ilə dərc edir.

Gəlin, ədəbiyyata bir az nəzər salaq. 

Şeir nə deməkdir? Şeir necə olmalıdır?

Şeir - bədii təfəkkürün nəzmlə yazılmış ifadə formasıdır. Şeir bir bədii janrdır və orada bədiiliyin olması mütləqdir. Şeir- fikri sözlərlə ahəngdar, bəlağətli, qafiyələnmiş və xüsusi axıcılıq verilmiş bir ifadə tərzidir. 

Şeirdə musiqilik hiss olunmalı, oxunanda sujet xəttini oxucu hiss etməli və oxucu ondan zövq almalıdır. Şeir külliyyatı naminə ağzına gələni yazmaq, nəinki oxucuya, hətta bütövlükdə ədəbiyyata hörmətsizlikdir. 

Sosial şəbəkələrdə profil açıb 1000 dən çox insanı dostluğuna yığsan, təbii ki, yazdığın hər bir sözü 50-yə yaxın və ya bəlkədə çox insan "bəyəndim" edəcək. Bu o demək deyil ki, sənin 50-yə yaxın oxucun var. 

Şeir ərəbcədən incəlik, gözəllik, ahəngdarlıq deməkdir. Yunan dilindən isə bu söz stekhos-cərgə düzülüş, ifadə tərzinin müəyyən qaydalara uyğun ahəngdar və emosional nitq formasıdır. Azərbaycan ədəbiyyatı güclü söz sahibi olan şəxsiyyətlərlə zəngindir. Çağdaş Azərbaycan ədəbiyyatında da belə şairlər az deyil. Mən burada yaxşıları qeyd etməyəcəyəm. Yaxşıları hamı tanıyır, oxuyur, sevir və hörmət edir. Heç pislərdən də yazıb onları reklam etmək fikrim yoxdur.
Cəlil Cavanşir demişkən, "10 manat verib evinə internet çəkənlər, ya şair olurlar ya da yazıçı".

Ədəbiyyat mal bazarı deyil ki, hərə bir qoyun götürüb gətirsin ora. Bir az diqqətli olun. Şairlik, yazıçılıq gözəl sənətdir. Gözəl sahədir. Bəlkə də yerində bir xeyri (maddi cəhətdən) olmasa da, gələcəkdə övladlarınıza bir böyük ad, bir böyük var-dövlət miras saxlayarsız. Elə edək ki, gələcək nəsil bizim kitablarımızı vərəqləyəndə gorumuza söyməsin.

Belə halların qarşısını, əslində bu cür xəbərdarlıqla almaq mümkün deyil. Burada sayt rəhbərlərinin, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin rolu çox böyükdür. Hər hansı bir sayt məsələn, Elza Seyidcahandan bir "şeir" yayımlayır ki, oxucu sayı artsın. Əslində, ədəbiyyatı təhqir etməklə reytinq yığmaq lazım deyil də, ədəbiyyatı təbliğ etmək daha keyfiyyətli reytinq gətirəcək. 
Məsələn, bir sıra saytlar var ki, hər komputerin başına keçəndə mütləq o saytlara baş çəkib, istər xəbərləri, istərsə də ədəbi yazıları izləyirəm. Bu o deməkdir ki, mən həmin saytların keyfiyyətli izləyicisiyəm. Əminəm ki, özünü təsdiqlənmiş saytların 1000lərlə, belə izləyiciləri var.

Gəlin, ədəbiyyatımızı təhqir etməyək. Ədəbiyyat bazar deyil.

27.12.15

Polis , bilməlidir ki...



Polis şərəfli peşədir. İstər dövlət qurumları üçün, isərsə də cəmiyyət üçün çox lazımlı peşədir polislik. Şərəf məsələsidir. Şərəfinə qulluq edən insanlardır polislər. .. Amma...

Azərbaycanda polislər haqqında bu mövzuda danışmaq yersiz olar. Bu ömür yolumun müxtəliv dövrlərində rast gəldiyim polislərlə bağlı hadisələri danışacağam. Qiymət vermək, ibrət götürmək və ya məni söymək sizə qalmış.
     Bir müddət idi Bakıya köçmüşdüm. Bakının sahil parkında gəzirdirm. Bir xanım məndən öncəki oğlana yaxınlaşıb başladı "Padxod" etməyə. Nə yalan deyim, qısqandım o oğlanı. Bir müddət söhbət etdikdən sonra oğlanı kolluğa çəkdi. Elə təzəcə ilkin əməliyyat başlayırdı ki, xanımı çoxdan izləyən polis yaxınlaşıb oğlanı bir az tərlətdi.
    Bir neçə dəfə belə hallara rast gəldim, sonralar. Bir müddət hətta ağlıma gəldi ki, polislər düzgün "sutinyor"luq edirlər.
Son zamanlar, küncdə, bucaqda pusquda duran polislər pul əldə etmək üçün, "hər cür şərəfsizlik" edirlər.
    DYP idarəsində işləyən polislər daha dəqiq bilirlər ki, onlar pul qazanmaqdan ötrü, hansı işlərə əl atmırlar.
Daş karxanalardan çıxan hər bir maşın sürücüsü, daş yükləyəndən sonra 5 manat ayırıb başqa cibə yerləşdirir ki, elə yola çıxan kimi, onlari "Qai" saxlayacaq və onlara verəcəklər. Allah göstərməsin ki, o yolda duran maşın "QARADSKOY" (şəhər polisi) olmasın. 5 manat bəs eləməz. Ən azı bir beşlik də çıxartmalı olacaq. Onlar yola çıxan kimi, DYP maşının üstündəki işığı bir dəfə yandırıb keçirdəcək, sürücü situatsiyadan asılı olmayaraq, maşını sağa çəkəcək, (Təbii ki, qəza şəraiti yaranacaq situasiyalar qaçınılmazdır) gedib polisə yaxınlaşacaq, əl tuturmuş kimi əlinin içindəki beşliyi onun əlinə verəcək və gəlib yoluna davam edəcək.
Sənət soruşan yoxdur onsuz da. Sürücülük vəsiqəsi də lazım deyil, maşının digər sənədlri də. Azərbaycandasansa, istənilən dost tanışın yük avtomubilini götürüb, daş yükləməyə gedə bilərsiz. Tək lazım olan sənəd, cibinizdəki "beşlik"lərin olsun.
İkinci bir məqam "Oçaskovıy" kimi tanıdığımız, polislərdir ki, bunlar üçün bir az çox pul lazım gəlir. Yeni ev tikənlərə də sənəd zad lazım deyil. Gəlib yaxınlaşar, salam verər, 300 və ya 500 manat basarsan cibinə, "Allah xeyir versin" deyər və çıxıb gedər.
Nəsə oğurlanıbsa, "şapka" verməsən polislərə, işinə baxan olmayacaq. Bunları hamımız bilirik. Bilirik və veririk. Sual meydana çıxır. Biz veririksə, niyə qınayırıq? Bu şərəfli peşəyə niyə hansısa heyvan adı veririk?
Burasını izah edim. Başlayaq DYP-dən. Biz o beşliyi ona verməsək, sənəd tələb edəcəklər. Sənədimiz düz olarsa əgər, maşını başlayacaqlar incələməyə, hər şey yerli yerində olsa, yükün çoxluğu və azlığını bəhanə edəcəklər. Bir bəhanə tapıb, bizi aparacaqlar cərimə meydançasına. Ondan sonra da 20 dənə beşlik tərləməli olacayıq.
Bu üsul, istənilən mövzuda reallıqdır. Keçərlidir.
     Polis əslində mənim hüququmu müdafiə etməli, asayişimi qorumalı,tapdalanan haqqımı bərpa etməli, məni sevməli və mənə insan kimi yanaşmalıdır. Məni öz ovu kimi görməməli, məni gəlir mənbəyi hesab etməməlidir. Polis bilməlidir ki, dövlətin ona verdiyi maaş mənim boğazımdan kəsilən puldur. Polis bilməlidir ki, o şərəfli vəzifədədir. Şərəfini qorumalıdır. Şərəfsizlik etməməlidir.
Şərəfli polislərimiz varmı? Hər halda hardasa vardır, mən görməmişəm. Doğrudan belələri vardırsa, onları qoruyaq, təltif edək, qabardaq, göstərək ki, ibrət olsunlar digərlərinə.
Yoxdursa, yazıqlar olsun məmləkətimizə!!!

Elməddin RAHİBOĞLU
İnfoqraf.com

19.12.15

İşdi açıqlandırsam....



Son zamanlar ailə münaqişəsi zəminində baş verən cinayətlər nə efirlərdən nə də saytlarda bir gün belə olsa əskik qalmır.
Demək olar ki, bütün səhərlərimizi belə başlıqlı xəbərlərlə açmaq məcburiyyətində qalırıq. “Hansısa rayonda, ailə münaqişəsi zəminində, filankəs həyat yoldaşını bıçaqladı” və s.

Ailə münaqişəsi niyə yaranır? Bu suala cavab axtarmağa çalışaq.

Qısqanclıq bu mövzunun ən başlıca səbəblərdəndir. Günümüzdə, Azərbaycanda yoldaşına xəyanət edən qadının cəzası ölümdür. Bu yazılmamış və ən çox icra edilən qanundur.

Qadın yoldaşına xəyanət edə bilərmi?


Normal ailədə tərəflərin heç biri bir-birlərinə xəyanət etməməlidir. Təbii ki, biz cinayyətdən danışırıqsa, demək normal ailədən danışmırıq.

Bir az milli mentalitetimizə nəzər salaq. İslam dinin normalarına uyğun olaraq, hər hansısa kişi, əgər dolandıra bilirsə 4 və ya daha çox qadınla evlənə bilər. Burda , kişinin açıq aydın qadına xəyanəti möhürlənir. Qərbə görə isə, ailə iki bərabərhüquqlu cinslərin qarşılıqlı münasibətindən yaranır. Azərbaycanda heç bir halda bərabər hüquqdan söhbət gedə bilməz.

Qərb mədəniyyəti ilə Şərq mədəniyyətinin sintez olunduğu ölkə olan Azərbaycanda hər bir normal madii imkanı olan ailə başçısının ehtiyyatda bir xanımı var. Bəzən digər qadının mövcudluğunu bilən “əsas xanım”la kişi arasında bir müddətlik davam edən narazıçılıq böyüyərək dava halını alır və cinayət törədilir.

Eyni prosess qadınlarda da (yəni, ehtiyyat bəyin mövcudluğu) baş verdiyinə görə hər gün ölümlə nəticələnən hadisələr baş verir.

Məhşur , “O, olmasın bu olsun” filmində Məşədi İbadın “Arvad nə qədər kişidən qorxsa yaxşıdır” cümləsindəki məntiqi məna qadının kişidən fərqli və məhdud hüquqlu olduğunu bildirməkdədir.

Və yaxud, Tıx-Tıx xanım nağılında “İşdi əsəbləşdirsəm səni, nə ilə döyərsən məni?” sualı, hələ fidan qızlarımızın psixologiyasında , kişinin qadını hər zaman döyə biləcəyi anlatılr.

Həm bədii ədəbiyyatımızda , həmdə mədəniyyətimizdə qadına ikinci varlıq kimi baxmaqları açı müşahidə olunur.

Mentalitetə üstünlük verən kişinin yoldaşı, evə gələn qonağın önünə çıxmamalıdır, işləməməlidir. Sözün əsil mənasında kölə olmalı və cəmiyyət içinə çıxmamalıdır.

Bu hallar da,üzr istəyirəm ifadəmə görə vəhşiləşmənin önünü açır. Həmin xanımlar cəmiyyətə açılanda daha eybəcər görsənir.

Qadın anadır. Amma, qadına müqəddəs gözü ilə baxan çox az insan tapılır, təəssüf ki

Çıxış yolları

Maarifləndirici verilişlər çəkilməli, yazılar yazılmalıdır. Fərdi və toplu şəkildə maariflənmə aparan dövlət orqanları yaradılmalıdır.

Qadınları döyən kişiləri hər kəs qınamalı, ailə içi xəyanətə yol verilməməli, xəyanət etməməli və buna qarşı mübarizə aparılmalıdır.

Bu mövzularda sosial roliklər hazırlanmalı, sosial şəbəkələrdə müzakirələr təşkil edilməlidir.

Unutmaq lazım deyil ki, bu günkü körpə qız uşağı, gələcəyin anasıdır. Orta məktəblərdə, xüsusi ilə xanımlara haqq və hüquqları tədris olunmalı, cəmiyyətə yararlı hazırlamaq lazımdır.

Təbii ki, bütün bunların tək səbəbkarı, zamanla ayaqlaşmamaq və cahillikdir.

Aqil olaq ki, ailəmizi yersiz mübahisələr dağıtmasın !

14.12.15

Biz kimik?!


Bizim Millət!
Kimdi bizim millət? və yaxud Cəmiyyət?
-Qabağında yıxılana gülən ərgənlər;
-Kiminsə sevincini qəti şəkildə həzm edə bilməyənlər;
-Həmişə kimlərəsə sataşanlar.(məs) Şəhərdə qabağında gedən xanımın əndamına sıxlaşmış şalvarını görüb , -Ay binə, Bunun arxasına bax ala, offf,
deyən ərgənlər.
-Marşurutda sıxlıqdan istifadə edib, özünü işə tələsən, məcburiyyətdən həmin marşuruta minən qıza sürtüb , həzz alanlar.
Xanım:-bir az ehtiyyatlı olun, zəhmət olmasa,
deməmiş,
-Görmürdüz sıxlıqdı , hara minirdiniz deyən ,
Qeyrət çəpərləri.
Buna əslində, istifadə etmək deyirlər. Belə insanları yandırmaq lazımdır. Mister Frenksin gözündən iraq!
-Yoldaşı ilə qaçdı-tutdu oynunu oynamaq istəyən gənc ailəni gizli kamera ilə çəkib, burda qadına şiddət var pafosu ilə youtubeyə atan ərgənlər və onu müzakirəyə çıxaran ANS-çilər.
-Dilənçilər, küçə ticarətçiləri, cibgir və soyğunçulardan pul alıb, görməzdən gələn "POLis"lər
-Dövlətin təhkim etdiyi dərs saatını mırt vurmaqla keçirdib, əlavə saat üçün şərait yaranan "Müəllimlər"
-Uşaq qidaları firmaları, dərman firmaları ilə müştərək işləyib, sırf faiz alsın deyə resept yazan "Həkim"lər
-Sürücülük vəsiqəsi və "Texniki Baxış"dan keçməmiş, içkili, qayda pozan sürücü gördükdə sevinən "DYP"ləri
-Müxalifətin mitinginə müdaxilə edən, mənşəyi məlum olmayan, "Qrajdanskiy Polislər"
-Əllərinə keçən bütün zir-zibilləri binaların padyezlərində bağıraraq, istirahətdə olan böyükləri, yatan körpələri oyadan "alverçilər"
-Dini təbliğ etmək naminə inanmayanları bütün cəhdi ilə narahat etmək istəyən "Dindarlar"
-Yasa sevinən "Mollalar"
-500 manat maaşa qaz pulunu ödəyə bilməyən "Alimlər"
-Dövlət əmlakını ,öz malı kimi satıb talayan "Mühəndislər"
-Seçilməyən "Depotatlar"
-Mənasız şeir yazan "Xalq şairlər"i və mənalı şeirlər yazan "Sürgünlər"
-1 köpüklük ağlı olmayan, "Kənd ağsaqqalları"
-500 dən çox fəlsəfi cərəyanlara bölünüb, bir-birlərini söyüb biabr edən "savadlılar"
-Dünyanı (**********) və yaxud vecinə almayan "Lordlar"
-Dubaya qız aparan "Sutinyorlar"
-Bütün bu olanları çəkib, sonra özləri oturub tamaşa edən "Televiziya işçiləri"
-və bütün bunları bekarlıqdan fikirləşib yazan

Bizim cəmiyyət bizlərdən ibarətdir. Heç kimi qınamayaq.

11.12.15

Şərəfli vəzəifənin "Şərəfli" maaşı



“Biz yeganə millətik ki, müəllimə pul veririk uşağımız cahil qalsın”- Ç. Abdullayev
Bu gün 15 sentyabr Azərbaycanda yeni tədris ilinin ilk günüdür. Yazıya başlamadan əvvəl bu münasibətlə əlaqədar şəxslərin hamısını canı-könüldən təbrik edir, onlara bol-bol uğurlar arzulayıram. Təhsil hər kəsə vacib olan bir sahədir. Ən qabaqcıl ölkələrdə, təhsil müqəddəs bir sahə kimi giymətləndirilir.
Bu sistemdə işləyənlər; -pedaqoqlar ən başda peşəsinin nə qədər şərəfli olmasının fərqinə varmalıdırlar. Amma geyd edək ki, öyrətmək və ya öyrədə bilmək üçün, öncə öyrənmək lazımdır. Azərbaycanda orta məktəblərdə çalışan müəllimlərin əsasda orta ixtisas təhsilli müəllimlərin əksəriyyəti ödəniş hesabına “diplom” alanlar təşkil edir ki, bu da praktiki olaraq savadsızlığın bünövrəsi hesab olunur. Orta ixtisas təhsilli müəllimlərin içində savadlı kadrlarda mövcuddur amma onları samanlığda iynə taparcasına tapa bilərik. Bizim təhsilimiz yaxın keçmişdə məhv edilib. Bunu hal-hazırda aydın şəkildə müşahidə etmək olar.
Rüşvət heç bir halda qəbuledilməz və yolverilməzdir. Təhsil sahəsində rüşvət isə milləti uçurumun bir küncünə çəkib arxadan badalaq atmaq kimi bir şeydir. Bu gün Azərbaycan təhsilində kifayət qədər savadsız müəllimlər var ki, bu da şikəst bir gələcək vəd etməkdən başqa bir şey deyil. İkinci böyük problem isə, valideyn büdcəsidir. Dünəndən sosial şəbəkələrdə valideynlərin ahu-zarını sanıram hər kəs görmüş olmalıdır. Belə ki, aşağı sinif şagirdləri olan ailənin hər bir şagirdinə 54 manat vəsait xərclənməyi tələb olunur ki, bu da 3 məktəbli övladı olan və günəmuzd fəhlə işləyən bir ata üçün 8 iş günün pulu edir. Hələ bu şagirdlərin gündəlik “cib pulu” (bu neçəsə qəpikdən, neçəsə manata qədər dəyişə bilər) var. Bufetdən nəsə alıb “atışdırmaq” üçün. Birdə bunları təhsil müəssisələrinə qədər ötürəcək yol pulu. Demək bir uşağı orta statistik göstərici ilə aztəminatlı ailələrin məktəbə yola salması həmin ailə üçün böyük sıxıntıya səbəb olur ki, bu da təhsildən imtina problemlərini ortaya qoyur.
Şərəfli peşənin “şərəfli” maaşı. Dərs yükünün həddən artıq az olmasına baxmayaraq həftə ərzində 5 gün məktəbdə çalışmağa məcbur olan müəllim, fəhləlik etməkdəndə uzaqlaşır (saat 12-1 də heç kim sizi tikinti və ya başqa sahədə işə götürməz) və dövlətin ona bağladığı 250 manat maaşına boyun əymiş olur. Təbii ki, 250 manat maaş müəllimin ay ərzində geyindiyi geyimə çatmır nəinki yeməyinə. Müəllimdə bir ailə başçısıdır və onların da pula ehtiyacı var. Bundan çıxış yol olaraq məktəbdə ümumi şagirdlərin biliklərinə qənaət edib , evinə və ya haradasa təşkil etdiyi əlavə fərdi dərslərə , məşğələlərə cəlb etdiyi şagirdə saxlayır ki, məktəbdəki aztəminatlı, məşğələyə getməyə pulu olmayan şagirdləri təhsildən soyutmuş olur. Dərsdəki “barbarlığ” Bu hissədə isə, həmin “şərəfli” maaşı almağa razı olan və məktəbə sadəcə vaxt itirməyə gələn müəllimlər haqqında danışmaq istəyirəm. 10 il öncə də bu problemlər gündəmdə idi. Zəng çalınır, müəllim sinifə daxil olur. Oturur 10 dəqiqə jurnalı varaqlayır. Bu arada şagirdlərdə hərəsi öz sosial problemlərini həll etməklə məşğuldurlar. Kimisi arxa partada siqaret çəkir, kimisi qızlara söz və bəzəndə atasının əziyyətlə aldığı riyaziyyat dəftərindən cırdığı varağları büküb atır. 10 dəqiqə tamam olandan sonra müəllim saata baxır 35 dəqiqə qalmasını görüb sevinir. Bir dəfə öskürür, uşaqlar yerini tutdu. Başlayır dərsdən 360 km uzaq olan bir sual verməyə.
Məsələn ; -Gördüz? Çində bir oğlan anasını selin ortasında necə saxlamışdı? Bütün uşaqlar başlayır həftəlik xəbər icmalını müəllim üçün danışmağa. 2-ci öskürək səsi 5 dəqiqə qalmış eşidilir. Ardınca Bəli, uşaqlar, yığışdıraq bazarı. Deməli belə, bu günkü dərsimiz “Qütblər”dir. Qütblər barəsində 4 dəqiqə danışandan sonra jurnalı yığıb qapıdan çıxmış olur. Belə müəllimlərə isə niyə dərs keçmədiyini soruşanda, dövlət mənə nə maaş verir məndə elə dərs verirəm cavabını almış olursan. Valideyin fərsizliyi İmkanı bir az yaxşı olan valideyin uşaqlarına çox pul verirlər ki, bu da onun uşağı ilə digər uşaqların arasında gözəgörünən fərq yaradır.
Kasıb ailənin uşağı ona baxıb ailəsindən daha çox pul almağa çalışır. Bu baş tutmayanda şagird məktəbdən soyuyur və təhsildən boyun qaçırmış olur. Tövsiyyə Xahiş olunur ki, imkanlarınızı məktəbdən sonrakı vaxta sərgiləyin uşaqlarınıza. Və nəhayət. Yuxarıdakı problemlər həllini tapmayınca, Azərbaycan heç bir zaman beynəlxalq təhsil normativləri ilə ayaqlaşa bilən kadr yetişdirə bilməz ki, bu da hər sahədə xaricdən mütəxəsis idxalına təkan vermiş olar.
Elməddin RAHİBOĞLU

İNFOGRAF -da yayımlandı

7.12.15

Təsadüfi vaqon

Elə götürək, Əkrəm Əylislinin "Daş yuxularını"...
    Biz vaqonun dərdində olduğumuz zaman, ölkədə çox böyük gündəm dəyişikliyi olub.
Çox fikir vermişəm. Azərbaycanın siyasi arenasında həyati əhəmiyyət daşıyan hadisə baş verəndə, ortalığa elə bir mövzu atılır ki, bütün diqqətlər ona yönəldilir.