This is a free and fully standards compliant Blogger template created by Templates Block. You can use it for your personal and commercial projects without any restrictions. The only stipulation to the use of this free template is that the links appearing in the footer remain intact. Beyond that, simply enjoy and have fun with it!
Showing posts with label xatire. Show all posts
Showing posts with label xatire. Show all posts

9.8.18

Murad Köhnəqalanın simpatik "düşmənçiliyi"!

Son günlərdə blogger Mehman Hüseynovun anasının vəfatı ilə bağlı gündəm materialları sosial şəbəkələrdə bəzi jurnalistlərin mövzu ehtiyaclarını tam təmin etdi. Demək olar ki, 24 saat ərzində bütün statuslarda Mehman Hüseynov var idi. Həmin gün, mən evdə olduğumdan azadlıq radiosunun canlı efirində yas mərasimini seyr edirdim.
Mehman Hüseynovun gəlişi, yaxınları ilə görüşməsi və üz mimikası, onu heç də yasa gələn, və hətta anasının yasına gələn insan kimi göstərmirdi. Mehman Hüseynovun sifətində o qədər pozitivlik sezilirdi ki, Azərbaycan dilini anlamayan tamaşaçıda elə təəssürat yaranardı ki, Mehman ən doğma birinin toy məclisinə gəlib həpsxanadan. Hətta mən belə bir qənaətə gəldim ilk öncə.
Bir müddət aparıcı ilə danışdıqdan sonra (mövzunun nə olduğunu anlamadım, videonu təqdim edərəm) gülməyə başladı. Həm də hər hansısa bir yaxını ölmüş insanın yanında elə gülüş sadəcə tərbiyyəsizlik olardı. Söhbət isə burada öz doğma anası ölmüş bloggerin özünü aparmağından gedir.
Başa düşürük, bu millətin qəhrəmana ehtiyacı var. Taleh Bağırov, Yunis Səfərov, "Abubəkr " Abutalıbov kimi şəxslər necə ki, ayrı-ayrı qrup insanların qəhrəmanı oldu, Mehman da bəzi vətənkeşlərin hətta Muradın təbirincə desək, siyasitəkərqaraldanların qəhrəmanıdır. Bu qrupların müqəddəslərinə çevriliblər. Bunlara haqlı ya haqsız heçnə demək olmaz, etiraz etmək olmaz kimi təəssürat yaradırlar.
Doğrusu Mehman Hüseynovun fəaliyyətindən heç də məmnun deyildim. İçəriyə hansı maddələrnən atılmağını da bilmirəm. İzləyicisi deyiləm, fanatı deyiləm və düşüncəsinə qarşı da deyiləm.
Bunu deyə bilərəm ki, Mehman Hüseynovun anasının dəfnində sərgilədiyi davranış, yumşaq desək sadəcə utancvericidir.

Mən bu yazıda nümayiş etdiyim mögedən dəfələrcə mülayim, mədəni və həssas mövge bildirən gənc aydın, yazıçı Murad Köhnəqala niyə xalq düşməni elan edilsin ki?
Adam haqlı olaraq yazıb ki, ayə, qoyun! Ananın cənazəsinə gəlmisən. Vecinə deyil? Olmasın qardaş! Heç olmasa -"Camaat nə deyər, prinsipi ilə bir az kədərli sifət al.
Bundan gözəl ibarə? Buna sadəcə alqış etmək lazım idi.
Bizim millət küyə gedəndir. Məntiq işlətmirlər, beyin yormurlar. Kim nə deyir, baş üstə deyib arxasıycan gedirlər. Elə buna görə də biz , ölümə, işgəncəyə, zülmə və zorlanmaya məhkumuq.
Bizə bu da azdır.
Sizə sözügedən videonu təqdim edirəm!

12.12.15

ACLIQ




1995-ci il. İsti bir avgust günü. Gün etrafı sanki qovururdu. Qardaşımla men, heçne olmadığı üçün seher yemeyini yemiyib getmişdik oduna. Qayıdan baş , qonşudan bir çörek borc istedik.
Ne vaxt qaytararsız deye soruşdu?
Çöreyi almayıb eve getdik. 
Qürurumuzdan deyil, qaytarmaq şansı olmadığımız üçün.

Yoxsulluq




Daha bir acı xatirə.
1997 ci il, 1 sentyabr günü. Tətil boyu özümə paltar ala bilmədiyim üçün, yamağlı bir qaloşda və hərbi "boşlatda" məktəbə getmişdim.
Tam sinifə dönəcəyim yerdə, ilk məhəbbətimlə rastlaşdım. Onun mənə istehzalı baxışı hələ də bir kabus kimi röyalarımı rahat buraxmır.
Bunun üstündən 7 gün (təzə paltar alana kimi) məktəbə getmədim.
Birdə, əbədi olaraq, o sevgimi qəlbimə gömdüm.

Məktəb illəri


Bu dəfə şirin Xatirə smile duyğusu
1997-ci il. Sıradan bir gün. Birinci növbənin son dərs saatı. Rus dili dərsi. (Xanlar müəllim, tələbələrini dərs öyrənməyə məcbur etmək üçün belə bir variant seçmişdi. O , evində naharını eliyər, gələrdi məktəbə. Şagirdləri növbəti 2 -ci növbənin şagirlərinin ilk dərsinə qədər saxlayırdı)
Həmişəki kimi, dərsi öyrənmişəm. Soruşdu, əlimi qaldırdım, dərsi danışdım.
Müəllim:
-Götür dəftərlərini get evə.
Etiraz etdim. Xahiş etdim ki, məndə iştirak edim. Sinifimizdə kafi giymətlərlə oxuyan bir şagird var idi. İki xəbərdarlığa baxmayaraq, ona kömək etməyə davam etdim. Xanlar müəllim, məni skamyaların arasına atdı və iki ayağı ilə məni tapdalamağa başladı. Həmin gün öyrəndim ki, Xanlar müəllim mənim doğma bibimin yoldaşı imiş.
Kömək etdiyim uşağ isə indi həmin məktəbdə müəllim işləyir. Kiminin əvvəli, kiminin axırı.

Uşaqlığım


Daha bir xatirə.
Kəndimizdəki yeganə "Həci" dən ilhamlanaraq məhəllə uşaqları ilə namaz-niyaza başlamış, həmin həcini də özümüzə imam götürmüşdük. Zəkamın parlaqlığını görən həci məni öz oğlu ilə, uzağ bir kəndə mədrəsəyə göndərdi. Orda bir müddət dini təhsil aldıqdan sonra, gündəlik tələbatımı ödəmək üçün bəzi fəhləlikləri edirdim. 12 yaşım olduğuna görə, çoxlu pul tapıb əyin-baş ala bilmirdim. Qazandığım 1, 2 "Məmməd" olduğundan bu da mənim ancaq yol puluma çatırdı.
Mən artıq "Yasin" surəsinin qiraətini keçirdim. Şeyx mənə sabaha özümə paltar almağımı və cins şalvarın dinə zidd olduğunu tapşırmışdı. Şeyxin tapşırığını yerinə yetirmək üçün isə mümkün bir maliyə yox idi. Sabah yenə həmin cins şalvarla və gün eynəyi ilə mədrəsəyə getdim. Tam namaza başlayacaqdım ki, şeyx məni hovuzun yanında görüb yaxınlaşdı.
-Mən sənə demədim, şalvarını dəyişərsən?! Get rədd ol burdan!
Bir kəlimə də demədən məsciddən çıxdım. Tam qarşısında bir kafe var idi. Girdim ora. Əmimin yoldaşının qənd və çay üçün mənə verdiyi 8 "Məmmədə" bir soğan-yumurta və 100 qram araq sifariş etdim.
O gündən bu günə birdə dinə yaxın durmadım.

Hərbi xatirə


Daha bir xatirə.
2005-ci il dekabr ayı. Hərbi hissəmizi yoxlamağa gələn general, öz doğma bacısı oğlunun həmin hərbi hissədə olduğunu bildiyi üçün onunla görüşmək qərarına gəlir. Təsadüfdən o əsgərlə mənim soyadım və zonam eyni olub. Bölük komandirimiz gəldi;
-Seyfullayev, general səni çağırır. 5 dəqiqəyə məni tam hazır vəziyyətə saldılar. Komandirin mazı ilə patinkamı mazlayan kim, paltarlarımı qaydaya salan kim.
Komandir məni əməliyyat şöbəsindəki generalın yanına apardı. Ədəbinə görə qapını döyüb, qulaqbatırıcı səslə.
-Cənab, general mayor, əsgər Seyfullayev əmrinizə gəlmişdir dedim.
-Azad.
Generalın ağız açmağına imkan verməyən bölük komandiri başladı məni tərifləməyə.
General, haqqımda bu qədər tərifləri eşidib, əlavə etdi. Eybi yoxdur, bu da bacıoğludur. Amma mən Seyfullayev Elvini deyirdim. Dedi və telefon nömrəsini not kağızına yazıb mənə verdi və əlavə elədi.
-Nə problemin olsa , əlaqə saxla.
Hərbi xidməti bitirənə qədər "toxunulmaz" oldum.

Daha bir Xatirə


.
Yaşıllıqda işlədiyim vaxtlar, məni yüksək ranglı bir məmurun bağına biçim-dərmanlanma işinə görə apardılar. Məmur, o qədər qəliz adamdır ki, mənimlə birbaşa şirkətimizin prezidentidə gəlib. Qapıdakı təhlükəsizlik yoxlanışından sonra bağa daxil olduq. Bir Polkovnik mənə işimi göstərdi. Qulf sahəsindən keçib, ağaclara tərəf keçdim. Bir ağsaqqal kişi, dizini atıb yerə, "Mujivila" kolunun dibini təmizləyirdi. Əyinbaşı təzə olsa da, ayağında qırmızı çəkmə var idi. Əlində də tikintidə işlədilən sarı əlcək.
Salamlaşandan sonra, onun əli ilə qopardığı alaqları lapatka ilə vurmağa başladım.
Bir az söhbətləşdikdən sonra başladım buna komanda verməyə.
-Dayı, zəhmət deyilsə , suyu aç.
-Kəsəri ver,
-Yarpaqları dırmığla və s.
Şirkətimizin prezidenti, mənə işarə vermək üçün dəridən-qabığdan çıxmağına baxmayaraq mən onu görməmişəm.
Axırda aydın oldu ki, mənim əmr verdiyim adam, qorxa-qorxa xidmətinə getdiyim kişi imiş.
Arada bir iş görün ki, xalqda sizi tanısında cənab nazir :))

Xatirə


Səsli mütaliəni sevirəm. Elə bil ki, oxuduğum kitabı kimsə mənim üçün danışır. Daha diqqətli qulaq asa və dərk edə bilirəm.
Hardasa 4-cü sinifdə oxuyurdum.
Soyuq qış ayı idi. Gecə saatlarında evdəkilər narahat olmasın deyə, bağa düşüb İlyas Əfəndiyevin "Üçatılan" povestini oxuyurdum.
Kəndimizdə yaşayan Qürbət kişi də bağın altından keçən yol ilə gedirmiş. Səs ona vahiməli gəlib, qorxmuşdu. Səsə tərəf gələndə qabağımda ağ geyimli bir adam gördüm. Bütün müqəddəslər gözümün önündə cəmləndi. Həmin gündən 10 il sonraya kimi gecə çölə çıxmaqdan qorxdum.
Belə....

Xatirə


8-ci sinifdə oxuyurdum. Kimya dərsi idi. Kamal müəllim üzürlü səbəbdən dərsə gələ bilmədiyindən, məktəbin direktoru Ənvər müəllim (dil-ədəbiyyat) dərsi tədris etməyə gəlmişdi. 
Dərsimizin nə olduğunu soruşdu. Üç-dört nəfərlə birlikdə mənimdə əlim havada idi. Dərs hansısa bir mineral maddənin tərkibi idi ki, bunun üçün də ən az 5 kimyəvi reaksiya hesablamalı idik. Məni dərsi danışmağa çağırdı. Getdim, dərsi danışdım. Reaksiyaları löhvəyə düzdüm. Doğru olub olmadığını yoxlamağ üçün məndən kitabımı istədi. (Kitablar satışda olurdu) Kitabımın olmadığını söylədim. Məsələni yazdığım dəftəri istədi, olmadığını dedim. Dərsin ortasında məni direktor otağına aparıb, Vaqif in kitablarını (7 ədəd) mənə hədiyyə etdi. Səhər oğlu Vaqif üçün təzə kitablar almışdı.
O çətin günlərimin acığına daha fəal olub, o dəyərli müəllimlərinin başını daim uca tutacağıma söz vermişəm. Bu yolda əlimdən gələni əsirgəməyəcəyəm!